Əmman Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsraildəki səfirini geri çağırır və İordaniyanı tərk etmiş İsrail səfirindən geri qayıtmamağı tələb edir. Bu barədə “Petra” agentliyi İordaniya xarici işlər naziri Ayman Səfədin açıqlamasına istinadən xəbər verir.
“Səfədi çərşənbə günü İordaniya səfirinin İsraildən dərhal geri çağırıldığını elan edib. Bu qərar İsrailin Qəzza zolağında apardığı və günahsız mülki şəxslərin öldürülməsinə və ciddi humanitar böhrana səbəb olan müharibənin İordaniya tərəfindən qınanılmasının və qəbul edilməməsinin qəti ifadəsidir”, - deyə agentlik bildirir.
XİN-in bəyanatında qeyd olunur ki, vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar İordaniyada narahatlıq artır.
İordaniya xarici işlər nazirinin sözlərinə görə, səfirlərın geri qayıtması Qəzza zolağında müharibənin dayandırılmasından, eləcə də İsrailin fələstinliləri əsas hüquqlarından məhrum edən hərəkətlərdən çəkinməsindən sonra mümkündür.
Səfədi bölgədə “iki xalq üçün iki dövlət” formuluna əsaslanan həll əsasında sülhə nail olunmasının və paytaxtı Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasının vacibliyini bildirib.*
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət