AccessBank aparıcı maliyyə institutu olaraq, Azərbaycanda mikro, kiçik və orta biznesininkişafı sahəsində fəaliyyətini davam etdirir və sahibkarlığın təşviqi üzrə etibarlı tərəfdaş mövqeyini möhkəmləndirir. Sahibkarlıq fəaliyyətinə davamlı dəstək, o cümlədən, özünüməşğulluq proqramının uğurla həyata keçirilməsi, AccessBank-ın missiyasının tərkib hissəsini təşkil edir.
Korporativ sosial məsuliyyət (KSM) kompleks tədbirlərinin tərkib hissəsi olan bu proqram çərçivəsində 2023-cü il ərzində Bakı, Quba, Naxçıvan, Babək, Culfa, Şərur, Mərkəzi Aran, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala da daxil olmaqla, ölkənin müxtəlif regionlarında həssas qruplara aid olan 18 sahibkara dəstək tədbirləri göstərilib. Əsasən, sahibkarlar dərzi sexi və gözəllik salonları üçün avadanlıqlarla təmin olunub. 2021-2023-cü illər ərzində AccessBank özünüməşğulluq proqramı çərçivəsində 59 sahibkarı lazımi avadanlıqla təmin edib.
AccessBank cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair 2020-ci ildə imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. Layihənin məqsədi əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, işsiz və işaxtaran şəxslərin və s.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət