Rusiya 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Konfransı COP-29-a hazırlaşır. Bu barədə RF-nin iqtisadi inkişafı naziri Maksim Reşetnikov bəyan edib.
Reşetnikov Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) Rusiya Biznes Həftəsi çərçivəsində keçirilən İqlim Forumunda sessiya zamanı bildirib ki, mədən yanacağının gələcəyi ilə bağlı artıq əldə edilmiş razılaşmaların yenidən nəzərdən keçirilməsinin qarşısını almaq, «ədalətli enerji keçidi» məntiqinə əməl etmək vacibdir.
"Bu il COP29 İqlim Konfransında iştirakçı ölkələr ötən ilin razılaşmalarının həyata keçirilməsi ilə bağlı konkret qərarların siyahısı olan “Missiyanın 1,5 dərəcə Yol xəritəsi"ni hazırlamalıdırlar. Bu Yol xəritəsinin təkcə şüarlar toplusu kimi deyil, konkret qərarlar toplusu kimi qəbul edilməsi vacibdir ki, hər ölkə öz iqtisadiyyatına tətbiq olunan hər bir qərarın nəticələrini başa düşsün", - o bildirib.
Onun sözlərinə görə, Rusiyanın qarşıdakı İqlim Konfransında prioritetlərindən biri maliyyə gündəmi olacaq.
Reşetnikov vurğulayıb ki, əsas məsələ «ədalətli enerji keçidi» məntiqinə əməl etməkdir. Ən böyük tullantılar ənənəvi enerjiyə təsadüf edir. Enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə mədən yanacağı sektoruna investisiya cəlb etmək imkanı olmalıdır.
"Karbon vahidlərinin transsərhəd ticarətinin inkişafı ilə bağlı təkliflərimizi gələcəkdə irəli sürəcəyik. Başa düşürük ki, dünya gündəliyində sıfır balans yalnız tullantıların azaldılması hesabına əlçatan deyil. Udulmalarla işləmək və bunun üçün lazımi infrastrukturun yaradılması zəruridir. Bu standartların birləşməsidir, iqlim treki üzrə bütün işlərin nəzərə alınması üçün vahid sistemin yaradılmasıdır. Karbon vahidləri ilə transsərhəd ticarətin yaradılması ilə bağlı təkliflərimizi irəli sürəcəyik. Bu, birgə iqlim layihələrinin həyata keçirilməsi və onlara investisiya cəlb edilməsi üçün əlavə imkanlardır", - nazir vurğulayıb. **
R.Əhmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir