Fevralın 23-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin 5 illik istiqrazları yerləşdirilib. Bu barədə BFB-dən məlumat verilib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 ABŞ dolları olan 50 min ədəd istiqraza bölünüb.
İstiqrazın illik faiz dərəcəsi 6%-dir, faiz ödənişləri 6 aydan bir olmaqla investorlara ödəniləcək.
Abunə yazılışı zamanı 43 investor tərəfindən 50 milyon ABŞ dolları həcmində 43 sifariş təqdim edilib.
İstiqrazların yerləşdirilməsindən əldə olunan vəsait beynəlxalq sularda istismar üçün iri tankerlərin alınmasına yönəldiləcək.
ASCO-nun istiqrazları Bakı Fond Birjasının ticarət platformasında yerləşdirilib. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verildiyi kimi, 2023-cü il martın 3-də Bakı Fond Birjasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin $100 milyon məbləğində beşillik istiqrazlarının debüt yerləşdirilməsi yekunlaşıb. Abunə yazılışı zamanı 125 investor tərəfindən 126 sifariş təqdim edilib. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği $113 milyon 997 min təşkil edib. Emissiya bir qiymətli kağızın nominal dəyəri $1000 olan 100 min ədəd səhmə bölünüb.
İstiqrazın illik faiz dərəcəsi 6%-dir, faiz ödənişləri 6 aydan bir olmaqla həyata keçirilir.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət