Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın təşkilatçılığı ilə ilk dəfə olaraq sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub.
Səfərdə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun, “Bank Respublika”nın nümayəndələri eləcə də işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməyi hədəfləyən sahibkarlar və müəssisə rəhbərləri iştirak ediblər.
Səfər çərçivəsində Zəngilan Konqres Mərkəzində sahibkarlar üçün “Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkankları” mövzusunda tədbir keçirilib. Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və digər şəxslər çıxış edərək sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə SİF-in ”İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi təqdim edilib. Bildirilib ki, mexanizm çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kredit müddətinin yarısından çox olmamaq şərti ilə, 36 aya qədər güzəşt müddəti tətbiq edildiyi diqqətə çatdırılıb.
Səfər zamanı nümayəndə heyəti həmçinin, Zəngilan Beynəlxalq Hava Limanı, Ağalı kəndi və “Araz Vadisi İqtisadi Zonası”nı ziyarət edərək qısa zaman müddətində Şərqi Zəngəzur iqtisadi rayonunda görülən böyük quruculuq işləri və böyük infrastruktur layihələri ilə də tanış olublar.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət