Ölkəmizdə müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyarla sevindirən Bank Respublika, kiçik biznes sahibləri üçün növbəti yenilik etdi. Yeniliyə əsasən ölkəmizdə ilk dəfə olaraq Bankdan mikro və aqro kredit götürən sahibkarlar keşbek qazanmaq imkanı əldə edəcək.
Belə ki, “Keşbekli Mikro Kredit” kampaniya çərçivəsində Bankdan kredit götürən müştərilər, müddətin ilk 3 ayında Bankdan aylıq faiz ödənişi məbləğinin 2%-dək KEŞBEK qazanacaqlar! Bunun üçün müştərilərin kredit ödənişlərini qrafikə uyğun olaraq gecikmədən həyata keçirmələri kifayətdir.
Kredit üzrə illik faiz dərəcəsi - min. 10%, maksimal məbləğ - 50.000 manatadək, müddət - 48 ayadək təşkil edir.
Kampaniyanın digər özəllikləri:
· Zaminsiz və tranşla kredit götürmək imkanı;
· Təminatdan asılı olaraq kreditin komissiyasız təqdim edilməsi imkanı;
· Kredit xətti açılması imkanı;
· 12 ayadək güzəşt müddəti;
· Sərbəst ödəniş qrafiki;
· Sığorta tələbi və qiymətləndirmə xərci yox.
Kampaniya 1 aprel 2024-cü il tarixinədək davam edəcək
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət