Xarici maliyyə institutları ilə əlaqələrini uğurla inkişaf etdirən TuranBank ASC Habib American Bank (HAB Bank) ilə beynəlxalq müxbir əlaqələr şəbəkəsinin genişləndirilməsi məqsədi ilə strateji əməkdaşlığa başlayıb.
Belə ki, əməkdaşlıq çərçivəsində TuranBankAmerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan HAB Bankda ABŞ dollarında müxbir hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli həyata keçirməsini təmin edəcək.
TuranBank-ın HAB Bank ilə əldə etdiyi bu saziş beynəlxalq pulköçürmələri xidmətlərinin inkişafına, beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin Bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub. TuranBank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmiveb səhifəsinivə ya sosial şəbəkələrdəki (Feysbuk,İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır.......
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət