Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib.
"Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
“Bu gün burada Azərbaycanın savadlı gəncləri ilə bir araya gəlməkdən çox zövq aldım. İnnovasiyaları təmsil edən bir şirkət kimi texnologiyaya maraq göstərən, gələcək yönümlü şagirdləri görmək bizi sevindirir. Bizim gənclərlə bir çox ortaq cəhətimiz var: bunlardan ən önəmlisi isə innovasiyaya sadiqliyimizdir.” deyə Klaus Müller bildirib.
"Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə yanaşı, onların digər sahələrdə də istedadlarının aşkar edilməsi üçün çalışırıq. İnnovasiya yönümlü şagirdlərimizin ən son texnoloji yenilikləri Bakcell kimi şirkətdən əldə edə bilmələri bizim üçün böyük uğurdur. Bugünkü maraqlı panel müzakirəsinə görə məktəbimiz adından Bakcell rəhbərliyinə təşəkkürümüzü bildirirəm." deyə Aygün Mikayılova bildirib.
Şagirdlərlə görüşdə Bakcell-in süni intellekt dəstəkli humanoid robotu Ardi də iştirak edib. Sual-cavab sessiyası ilə davam edən panel müzakirəsində şagirdlər Bakcell-in rəhbər heyəti və Ardiyə öz suallarını yönləndirərək, yeni texnologiyaların, süni intellektin təhsilə tətbiqini müzakirə ediblər.
Sonda şirkətin rəhbər heyəti məktəbin STEAM laboratoriyasına baş çəkib. Şagirdlərin qabaqcıl texnologiyalardan istifadə edərək hazırladıqları layihələri və laboratoriyanın dövrün tələblərinə uyğun təmin olunması Bakcell rəhbərliyinin diqqətini çəkib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət