Yelo Bank-ın artıq üçüncü ildir ki, təşkil etdiyi "OLEY Cup" daxili futbol turniri Avropa Çempionatı qədər rəngarəng anlarla yadda qaldı.
Turnirdə iştirak edən 13 komanda arasında bir-birindən maraqlı 39 oyun baş tutdu.
Ötən həftə keçirilən möhtəşəm final oyunları ilə 3 aylıq mübarizəyə yekun vuruldu.
Belə ki, III yer uğrunda Bankın “Banker Leverkusen” və “Elmlər” komandaları qarşı-qarşıya gəlib və gərgin mübarizə “Elmlər” komandasının qələbəsi ilə başa çatıb.
Sonra isə “Qaradağ” və “Maliyyə” komandaları çempionun kimliyinə aydınlıq gətirmək üçün meydana daxil olublar.
Olduqca həyəcanlı və maraqlı keçən final oyununun sonunda “Qaradağ” komandası parlaq qələbə qazanıb və "OLEY Cup 2024” futbol turnirinin çempionu olub. Qaliblərə kubok, medallar və pul mükafatı təqdim edilib.
Qeyd edək ki, Yelo Bank əməkdaşları arasında komanda ruhununun yüksəldilməsinə xüsusi diqqət göstərir. İkinci dəfə keçirilmiş “OLEY Cup” futbol turniri növbəti illərdə də təşkil olunacaq.
Bankdan kredit goturmek istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət