Avqustun 29-31-də Şəkidə Qafqazda ilk “Caucasus Moto Festival” keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Festivala dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İran, Rusiya, Xorvatiya və Azərbaycandan 200-ə yaxın bayker qatılıb.
Baykerlər festival çərçivəsində təşkil edilmiş test-raydda və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin keçirdiyi xüsusi seminarda iştirak ediblər.
“Caucasus Moto Festival”da 10-a yaxın ölkənin nümayəndələrinin toplanması yeni tanışlar və dostlar qazanmağa imkan yaratdı. Bu, xarici baykerlərin bir çoxunun Azərbaycana ilk səfəri idi. Onlar fotofestival və Şəki ilə bağlı təəssüratlarını bölüşüb, motosənaye sahəsində son yenilikləri müzakirə ediblər.
Qafqazda ilk dəfə keçirilən motosiklet festivalı çərçivəsində zəngin mədəni proqram da tərtib edilmişdi və bura kinofilmlərin nümayişi daxil idi. Tədbir iştirakçıları və yerli sakinlər cümə və şənbə günləri ərzində Bon Jovi, AC/DC, Rolling Stones rok qruplarının və pop ulduz Maykl Ceksonun repertuarından mahnılar səsləndirən 4 xarici qrupun ifasından zövq alıblar.
Həmçinin konsertdə müğənni Mina və “Natiq” ritm qrupu da çıxış edib. Festival iştirakçıları üçün 1980-1990-cı illərin məşhur estrada mahnılarından ibarət diskotekalar təşkil olunub.
Festivala milli qəhrəman Çingiz Mustafayevin doğum günündə start verilib. Həmin gün jurnalistlər Şəhidlər Xiyabanında milli qəhrəmanın məzarını ziyarət ediblər.
Tədbir “Harley Davidson”, “Baku HOG Azerbaijan” şirkətləri, Şəki rayon İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondu tərəfindən təşkil olunub.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət