Faciənin baş verməsində səbəbkar olanlar cəzalandırılacaqlar. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Binəqədi rayonunda çoxmərtəbəli binada baş verdiyi yanğınla əlaqədar Dövlət Komissiyasının ilk iclasında bildirib.
“Azərbaycan vətəndaşları bu hadisə ilə əlaqədar kimin təqsirkar və kimin məsuliyyətə cəlb olunacağını bilməlidirlər. Bir daha qeyd etmək istərdim ki, heç kəs cəzasız qalmayacaq. Müqəssir olan şəxslər dövlət tərəfindən cəzalandırılacaqlar və ədalət bərpa olunacaq”, - deyə İ.Əliyev vurğulayıb.
Dünən Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 53 nəfər xəsarət alıb.
Çərşənbə günü səhər prezident İ.Əliyev Binəqədi rayonunda çoxmərtəbəli binada yanğının baş verdiyi ərazidə olub.
Prezident qeyd edib ki, baş verən hadisədən hər kəs özünə nəticə çıxarmalıdır.
“Hər bir dövlət məmuru öz məsuliyyətini başa düşməlidir”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev bildirib ki, Bakıda üzlüklə örtülmüş kifayət qədər bina var.
“Bəzi məlumatlara görə, onların sayı 200-dən çoxdur. Mən dünən Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə göstərişlər vermişəm”,- deyə prezident söyləyib.
Onun sözlərinə görə, bu barədə öncədən düşünmək lazım idi.
“Mən deməliyəm ki, bunu qabaqcadan etmək lazım idi. Əgər bütün işlər düzgün aparılsaydı, bu hadisə baş verməzdi. Mən bir daha demək istəyirəm ki, mənə çoxlu məlumatlar daxil olur, onların bəziləri bir-biri ilə ziddiyyət təşkil edir. Buna görə məsələyə aydınlıq gətirilməlidir”,- deyə prezident vurğulayıb.
Xatırladaq ki, Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 53 nəfər yaralanıb.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət