“İnterfaks-Azərbaycan” agentliyinin “Rossotrudniçestvo”nun rəhbəri Lyubov Qlebova ilə müsahibəsi
- Təyinat münasibətilə sizi təbrik edirik. Yeni vəzifədə ideyalarınız, fəaliyyət planlarınız barədə bilmək maraqlı olardı. Azərbaycan bu planlarda hansı yeri tutur?
- Agentliyimiz üçün MDB ölkələri əsas prioritet təşkil edirlər. “Rossotrudniçestvo” iki ökənin humanitar əməkdaşlığının, mədəni və təhsil əlaqələrinin inkişafı üzərində fəal çalışır.
2001-ci ildən etibarən Azərbaycan Respublikasında “Rossotrudniçestvo”nun nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik 2009-cu ildən tamhüquqlu Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə (RİMM) çevrilib.
RİMM MDB məkanında ən müasir texniki təchizat mərkəzlərindən biridir. Burada Rus dili üzrə Tədris-metodiki mərkəz, İnnovativ Əməkdaşlıq Mərkəzi, “Rus muzeyi: virtual filail” informasiya-tədris mərkəzi, böyük kitabxananın elektron oxu zalı, Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. RİMM-də müxtəlif tədbirlər keçirilir.
Fəaliyyətimizin coğrafiyasını genişləndirməyi, Azərbaycanın regionlarına qədər gəlib çatmağı çox istərdik. Artıq bir neçə ildir Azərbaycan və Rusiya tərəfləri Gəncədə “Rossotrudniçestvo”nun daha bir nümayəndəliyinin açılmasına dair danışıqlar aparırlar. Qərb regionunda 30 mindən artıq həmvətənimiz yaşayır.
- Azərbaycanda rus dilinin inkişafı ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Tam müsbət. Faktiki olaraq Azərbaycan rus dilində danışan ölkədir. 90-cı illərə aid nəsil rus dilini bir qədər zəif bilir. Onların təhsili SSRİ-nin süqutu dövrünə təsadüf edib. O zamanlar rus dili öz mövqelərini sürətlə itirirdi. İndi rus dilinə maraq geri qayıdır. Müşahidə edirik ki, rus bölməsində təhsil alan uşaqların sayı artır. Rus dili üzrə olimpiadalarda, Puşkin, Lermontov və Yeseninin yaradıcılığına həsr olunan şer müsabiqələrində minlərlə şagirdin iştirakı sevindirici haldır. Bakıdakı Rus Dram Teatrının ən yaxşı teatr olduğunu eşitmək xoşdur. RİMM nəzdində rus dili kursları təşkil olunub, həmin kurslarda müxtəlif yaş qruplarından olan 300 nəfərə yaxın şəxs təhsil alır.
“Rossotrudniçestvo”nun nümayəndəliyi Azərbaycan məktəblərində rus dilinin dərindən öyrənilməsi üzrə Təhsil Nazirliyinin pilot layihəsini fəal şəkildə dəstəkləyir. Bu gün layihə 50-yə yaxın orta ümumtəhsil müəssisəsini əhatə edir.
- Sizin fikrinizcə, Azərbaycanla hansı istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək lazımdır?
- Elmi-texniki əməkdaşlıq, yeni texnologiyaların tətbiqi sahəsində çoxlu ehtiyatlarımız var. Bu mənada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bizim üçün vacib tərəfdaşdır.
Təhsil sahəsində əməkdaşlıq istiqamətində yaxşı perspektivlər var. Təsdiq olunmuş şərtlərə uyğun olaraq Rusiya Təhsil və Elm Nazirliyinin kvotası üzrə büdcə əsasında hər il azərbaycanlı abituriyentlər Rusiyanın ali məktəblərinə təhsil almağa göndərilir.
Gənclər arasında əlaqələri aktivləşdirmək lazımdır.
Bütövlükdə humanitar əməkdaşlıq bizim üçün əsas prioritetdir və inkişaf etdirəcəyimiz çoxlu istiqamətlərə malikdir.
- Azərbaycanla hansısa yeni birgə layihələr hazırlanıbmı və onlar hansı sahələri əhatə edir?
- Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi Azərbaycanın tərəfdaş təşkilatları ilə birgə mədəniyyət sahəsində çoxlu sayda müxtəlif layihələr reallaşdırır. 2015-ci ildə “Rusiya və Azərbaycan Mədəniyyət Günlərinin tarixi”, “Rusiya və Azərbaycan şəhərlərinin səsləşməsi” və digər layihələr həyata keçirilb.
“Alimlərin uşaqlara töhfəsi” layihəsinin icrası davam etdirilib, keçirilən tədbirlərdə AMEA və elmi institutların nümayəndələri iştirak edirlər. Onların mövzusu Rusiya və Azərbaycanda çox yaxşı tanınan alimlərin tərcümeyi-halı və nailiyyətləri ilə sıx bağlıdır.
- “Rossotrudniçestvo”nun Azərbaycan gənclərinin Rusiyanın ali məktəblərində təhsilini dəstəkləməsi layihələrinin gələcək inkşafı barədə nə deyə bilərsiniz?
- Azərbaycan Rusiyanın ali məktəblərində təhsil alan tələbələrin ümumi sayına görə MDB ölkələri arasında 5-ci yeri tutur. Qazaxıstan, Belarus, Türkmənistan və Özbəkistandan Rusiyaya təhsil almaq üçün daha çox tələbə gəlir.
2013-2014-cü tədris ilində Rusiyada 13 minə yaxın azərbaycanlı tələbə təhsil alırdı. Onların 1140 nəfəri Rusiya büdcəsi, qalanı öz hesablarına təhsil alıb. Dövlət ali məktəblərində 10 minə yaxın tələbə, qeyri-dövlət ali məktəblərində isə 3 mindən artıq tələbə təhsil alır.
Biz Azərbaycandakı həmkarlarımızla daim münasib əməkdaşlıq formalarının axtarışındayıq. Çünki Azərbaycan üçün hazırladığımız mütəxəssislərin sayı və keyfiyyətinin təhsil, mədəniyyət və iqtisadiyyatın ən müxtəlif sektorlarının tələblərinə cavab verməsi çox vacibdir.
Söhbət etdi Alla Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət