Son illər ərzində Azərbaycan korrupsiyaya qarşı mübarizədə mühüm nailiyyətlər əldə edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, bu barədə BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim edilən hesabatında deyilir.
Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu ötən ilin avqust ayında Azərbaycana işgüzar səfərin yekunlarına dair hesabat hazırlayıb.
İşçi Qrupu qeyd edir ki, son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlər əldə edib.
Bununla yanaşı, Qrup ölkədə biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd edib.
Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq İşçi Qrupunun həmməruzəçisi M.Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb.
2014-cü ilin may ayında Azərbaycanda işgüzar səfərdə olan BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Çaloka Bəyani isə hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini xüsusilə qeyd edərək Azərbaycan hökumətinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.
Xüsusi məruzəçi hesabatında məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Dağlıq Qarabağ münaqişənin tezliklə həll edilməli olduğunu bildirib və xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin və BMT Baş Assambleyasının qeyd edilən qətnaməsinin yerinə yetirilməsinə çağırıb.
O, eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin məsələsini xüsusi diqqəti altında saxlayacağını söyləyib və bu istiqamətdə Azərbaycan hökuməti ilə mövcud konstruktiv əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət