RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarasıdostluq qrupunun rəhbəri Dmitri Savelyev ilə müsahibə
- Azərbaycan və Rusiya arasında dolğun münasibətlərin tarixində eniş və yüksəliş dövrləri olub. Hazırki mərhələdə ikitərəfli münasibətləri necə xarakterizə edərdiniz?
- Hazırki mərhələdə Azərbaycan Respublikası sürətli inkişaf mərhələsindədir. Son illər ərzində Bakının necə dəyişidyinin, Avropa Oyunlarının necə yüksək səviyyədə keçirildiyinin hamımız şahidi olduq. Dünya arenasında Azərbaycanın siyasi nüfuzu artır. Rusiya və Azərbaycan beynəlxalq siyasət üzrə əksər məsələlərə dair biri-birini dəstəkləyirlər.
Bu gün Rusiya-Azərbaycan münasibətləri bütün əsas istiqamətlər üzrə yüksək səviyyədədir. Ölkələrimizin prezidentlərinin qarşılıqlı münasibətlərində bu tendensdiya özünü daha aydın şəkildə biruzə verir. Vladimir Putin və İlham Əliyev bir-birinə hərtərəfli dəstək verirlər, müasir dünyanın çağırışlarına birdə qarşı dururlar.
Ötən il rekord həcmə 4 mlrd. ABŞ dollarına çataraq, ölkələrimiz arasında ticarət dövriyyəsi ildən ilə artır, mədəniyyət və idman sahəsində əməkdaşlıq möhkəmlənir. Rusiyalilar istirahət üçün ənənəvi Türkiyə və Yunanıstanı deyil, daha çox Azərbaycanı seçirlər. Çünki Azərbaycan rəhbərliyininn müdrik siyasəti sayəsində burada turizm infrastrukturu fəal inkişaf edir. Axı məhz burada “Eurovision” və Avropa Oyunları kimi dünya əhəmiyyətli tədbirlər keçirilir. Rusiya Azərbaycanın simasında bu cür etibarlı və güclü tərəfdaş görməkdən çox məmnundur.
- Rusiya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun fəaliyyəti iki ölkə arasında münasibətlərin inkişafına yardım etməkdən ibarətdir. Hazırda qrup tərəfindən bu istiqamətdə hansı təşəbbüslər irəli sürülür?
- Parlamentlərarası
dostluq qrupunun fəaliyyəti çərçivəsində, o cümlədən xalq diplomatiyası sahəsində bir neçə unikal təşəbbüslər həyata keçirilib. Belə ki, Qələbə Günü ərəfəsində Dövlət Duması və Milli Məclisin deputatlarından ibarət qrup unikal aksiya təşkil edib - Heydər Əliyev zirvəsini birgə fəth ediblər.
Biz və həmkarlarımız ənənələrimizin ikitərəfli populyarlaşmasına fəal yardım edirik. Belə ki, bu il ilk dəfə Moskvada Azərbaycanın milli Gül bayramı keçirilib. Bakının küçələrində isə Qələbə Günü ərəfəsində ənənəvi Qeorqiyev lentinin paylanması aksiyasına start verilib. Və həmin aksiyada deputatlar fəal iştirak ediblər.
Sözsüz ki, bu fəaliyyət davam etdiriləcək. İndi müxtəlif, turizm, gənclər siyasəti, konfessiyalararası dialoq və digər sahələrdə fəaliyyətin əlaqələndirilməsinə dair silsilə görüşlərin və dəyirmi masaların təşkili üzərində iş aparılır.
- Dövlətlər arasında münasibətlər ilk növbədə siyasətçilər tərəfindən müəyyən edilir. Azərbayan-Rusiya əlaqələrindən söz açmışkən, ikitərəfli münasibətlərin möhkəmlənməsində xalq diplomatiyası hansı rol oynaya bilər?
- Sizinlə bir qədər razı deyiləm. Fikrimcə, ikitərəfli münasibətlərin inkişafında xalq diplomatiyası ən mühüm rol oynayır. Xalqlarımız tarix boyu dost olub, öncə biz bir ölkənin ayrı-ayrı hissələri olmuşuq. Sözün əsl mənasında eyni dildə danışırıq, Böyük Vətən müharibəsində ümumi qələbə qazanmışıq, bir-birimizi qardaş hesab edirik.
Xalq diplomatiyasının inkişafına yönələn tədbirlər tarix boyu qurulan mehriban əlaqələrimizi möhkəmləndirir.
Mən dəfələrlə şəxsi ünsiyyətin əhəmiyyəti barədə söz açmlışam. Azərbaycanlıların Rusiya haqqında film çəkməsi barədə bilmək və bu çəkilişlərədə iştirak etmək ayrı-ayrı məsələlərdir. Təsadüfi deyil ki, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) mütəxəssisərinin fəal iştirakı ilə Azərbaycanın sənədli film rejisorlarının çəkdiyi “Qələbəni səsi” filmi hər iki ölkədə böyük təəssürat yaratdı.
- Xalq diplomatiyası münaqişə edən dövlətlərin yaxınlaşmasının yollarından biridir. Bu yaxınlarda Azərbaycan və Ermənistan arasında münasibətlərin nümunəsində bunun şahidi olmuşuq. Bu ölkələrin ziyalıları 2007-ci ildə Rusiyanın vasitəçiliyi ilə Bakı, İrəvan və Dağlıq Qarabağa birgə səfərlər həyata keçiriblər. Dağlıq Qarabağ kimi münaqişələrin həllində xalq diplomatiyasının potensialını necə qiymətləndirirsiniz?
- Bu cür münaqişələrin həllində xalq diplomatiyasının potensialını çox yüksək qiymətləndirmək çətindir. Çünki xalqın xatirəsində işğalçılara olan qəzəb hissi əsrlər boyu yaşaya bilər. Buna görə münaqişənin nizamlanması prosesi bir dəfəyə bir neçə səviyyədə - siyasi, hüquqi və insanlar arasında aparılmalıdır. O zaman sülh yolu ilə nizamlanma, iki qonşu dövlətlər arasında münasibətlərdə sülh və sakitliyin bərqərar olmasına şans yaranır.
Söhbət etdi Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət