2016-cı ilin 1 yanvar tarixindən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklər vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsinə yönəlib. Bu barədə vergilər naziri Fazil Məmmədov kollegiya iclasında bəyan edib.
“Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edəcək, - deyə Vergilər Nazirliyinin məlumatında F.Məmmədova istinadən bildirilir.
Onun fikrincə, bu dəyişikliklər dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqinə xidmət edəcək.
Dəyişikliklərin sosial əhəmiyyətini qeyd edən nazir bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insanın faydalana biləcəyini deyib.
Nazirliyin qiymətləndirmələrinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək artırılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə müsbət təsir edəcək. Bundan başqa, dəyişikliklər
bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsinə imkan yaradacaq.
Məlumatda qeyd olunur ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsi kimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.
F.Məmmədov əlavə edib ki, dəyişikliklərlə əlaqədar nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirlməsi nəzərdə tutulur. Bundan başqa, vergi orqanları tərəfindən vergi bəyannaməsinin formasının və tərtib edilməsi qaydasının hazırlanması, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər tərəfindən ödəmə mənbəyində tutulan gəlir vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydası hazırlanmalıdır.
Nazirliyin qiymətləndirmələrinə görə, dəyişikliklər nəticəsində 316 mln. manatlıq əlavə vergi bazası yaranacaq.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət