Milli Məclis bu gün keçirilən iclasda 8 iyul 2005-ci il tarixli “Nüvə materiallarının fiziki mühafizəsi haqqında” Konvensiyaya düzəlişlərin təsdiqinə dair qanun qəbul edib.
Parlamentin birinci vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu beynəlxalq sənədin mühüm əhəmiyyəti barədə məlumat verib.
Deputat Bəxtiyar Əliyev bu məsələ ilə əlaqədar beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən nüvə materiallarının mühafizəsi qaydalarının pozulmasına cəlb edib.
“Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz olaraq Metsamor Nüvə Stansiyasından nüvə tullantılarını torpağa basdırır. Bundan başqa, onlar bunu nüvə tullantılarının basdırıldığı yerlər barədə məlumat vermədən edirlər”, - deyə B.Əliyev qeyd edib.
O, həmçinin Ermənistanda qəzalı vəziyyətdə olan Metsamor Nüvə Stansiyasının istifadəsi ilə bağlı narahatlığını ifadə edib.
“Metsamor Nüvə Stansiyasının istifadəsi və nüvə tullantılarının işğal olunmuş torpaqlarda basdırılmasının nəinki region, həm də bütün Avropa üçün təhlükəli olması faktı Azərbaycan tərəfini narahat edir”, - deyə B.Əliyev bildirib.
Bununla əlaqədar deputat işğal altında olan Azərbaycan ərazilərindən erməni ordusunun çıxarılması zərurətini qeyd edib.
“Beynəlxalq bilrlik bu məsələyə münasibət bildirməlidir, çünki Ermənistan tərəfindən işğal olunmuş ərazilər nəinki nüvə tullantılarının basdırılması, həm də narkotik maddələrin qanunsuz dövriyyəsi, beynəlxalq cinayətkarlığın artrması məqsədilə istifadə edilir”, - deyə B.Əliyev vurğulayıb.
Sonra çıxış edən deputatlar onu dəstəklədilər və artıq köhnəlmiş Metsamor Nüvə Stansiyasının istifadəsi ilə əlaqədar təhlükənin olduğunu qeyd etdilər.
“Biz bu məsələləri müxtəlif beynəlxalq təşkilatlar qarşısında mütəmadi qaldırırıq. İşğal olunmuş ərazilərdə nüvə tullantılarının basdırılmasına gəlincə, torpaqları qaytarmaq lazımdır. Bundan sonra biz həmin tullantıları istifadə edilməsi üçün təyinat yerinə göndərmək imkanı əldə edəcəyik”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov vurğulayıb.
Deputat Azay Quliyev ABŞ prezidenti Barak Obamanın dövlət başçısı İlham Əliyevi Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməyə dəvət etməsi fonunda “Nüvə materiallarının fiziki mühafizəsi haqqında” Konvensiyaya düzəlişlərin təsdiqinin əhəmiyyətini qeyd edib.
“Azərbaycan qlobal təhlükəsizliyin təminatına əlindən gələn töhfəni verir. Azərbaycan prezidentinin Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməyə dəvət olunması beynəlxalq təhlükəsizliyin təminatı məsələlərində dövlətimizə verilən böyük önəmin sübutudur”, - deyə o bildirib.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət