Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dağlıq Qarabağın erməni işğalçılarından azad edilməsində şəxsən iştirak etməyə hazır olduğunu bəyan edib.
“Azərbaycan vətəndaşı kimi, əslən Qarabağdan olan, Şuşada ata-baba evi indi işğal altında olan bir insan kimi dəfələrlə demişəm və indi də deyirəm ki, vətənimin torpaqlarını işğalçılardan azad etmək üçün Vətən müharibəsində şəxsən iştirak etməyə hazıram”, - deyə o, Rusiyanın “Moskovski Komsomolets” qəzetinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Ermənistan başqa dövlətin ərazisini işğal edib və indi dünyaya izah etməyə çalışır ki, bu, belə də olmalıdır. Amma bu absurddur!
P.Bülbüloğlu hesab edir ki, Dağlıq Qarabağın və ona bitişik 7 rayonun mənsubluğunu təsdiq edən xəritəyə baxmaq kifayətdir və kimin təcavüzkar, kiminsə işğaldan əziyyət çəkən ölkə olduğu aydın olacaq. «Burada necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Hər şey aydındır. Bütün dünya tərəfindən tanınan xəritələr mövcuddur və orada hər şey dəqiqi görünür. Azərbaycan, onun ərazisinin işğalı, özgə ərazisini qanunsuz işğal edən təcavüzkar var. Azərbaycan ona qarşı həyata keçirilən təcavüzün nəticələri ilə heç vaxt barışmayacaq”, - deyə o vurğulayıb.
P.Bülbüloğlunun sözlərinə görə, özünümüdafiə BMT-nin Nizamnaməsinə uyğun olaraq hər bir ölkənin hüququdur. Bu, qədim dövrlərdən indiyə qədər hər bir xalqın müqəddəs borcudur.
Bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü mövcud olduğu sərhədlərdə tanıdığını deyən səfir qərarları imperativ xarakter daşıyan BMT Təhlükəsizlik Şurasının 90-cı illərin əvvəllərində qəbul etdiyi qətnamələri xatırladıb.
O əlavə edib ki, 2008-ci ildə BMT Baş Assambleyası 62/243 saylı qətnamə (Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyət) qəbul edib. Bu qətnamədə də növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsdiq olunub, Azərbaycanın işğal altındakı rayonlarından işğalçı qüvvələrin birtərəfli çıxarılması tələb olunub.*
F.İsazadə
2021-ci ildə “Azərbaycan Supermarket”in zərəri 65 milyon manatı ötüb
ABB 2021-ci ilin mənfəətindən dividend ödənişinə $73,5 milyon yönəldəcək
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi artıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi artıb
Eyvazov: “Son 19 ildə Azərbaycanda 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”
“Təmiz Şəhər” Qarabağ və Şərqi Zəngəzurda bərk tullantıların idarə edilməsini həyata keçirəcək
Baş plan: Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisi 237 hektar təşkil edəcək
Prezident Əliyevə Kəlbəcər şəhərinin baş planı təqdim edilib
Klaar: Aİ Cənubi Qafqazda davamlı sülh üzrə addımları dəstəkləyəcək
Xəzəryanı ölkələrin dövlət başçılarının VII Zirvə Toplantısı İranda keçiriləcək
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Pulsuz Yelo kart kampaniyası uzadıldı
Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı
“Bank Respublika”nın dəstəyilə şəhid ailə üzvləri və qazilər Şuşada oldular
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq