VTB (Azərbaycan)-ın plastik kart istifadəçiləri bir sıra xidmət obyektlərində ödəniş etdikdə əhəmiyyətli endirim qazanacaq. Ticarət və xidmət müəssisələrinin siyahısına paytaxtdakı məşhur restoran, mağaza, turizm agentlikləri və özəl klinikalar daxildir.
Belə ki, VTB (Azərbaycan)-ın plastik kart sahibləri Gömrük Hospitalına müraciət etdikdə 50%, Mediland Hospitalda -35%-dək, Turk-Americanda isə 15% endirim əldə edəcək. Tonqal və Cosy cafe and lounge restoranlarında müvafiq olaraq 10% və 20% güzəştdən istifadə etmək mümkündür; 20%-dək endirim Dream MT Travel, Euro Fly Travel və Premium Travel Group turizm şirkətlərində təklif olunur. Gallery mağazalarında, eləcə də Gold Platinum kart istifadəçiləri üçün Choco Bon mağazasında alış-veriş zamanı 10%-lik endirim nəzərdə tutulub.
Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil. Ticarət və xidmət müəssisəsində VTB (Azərbaycan) kartını göstərmək kifayət edir.
Endirimlər bütün kart sahiblərinə, həmçinin bank VTB (Azərbaycan)-ın əmək haqqı layihəsinin iştirakçılarına da aiddir. Bank VTB (Azərbaycan)-ın əmək haqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu özündə əks etdirir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət