Azərbaycan 1 mln.-dan artıq qaçqın və məcburi köçkünün problemlərinin həllinə $6 mlrd.-dan çox vəsait yönəldib. Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Pərviz Musayev deyib.
«Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini diqqət mərkəzində saxlayır. Bu günədək onların problemlərinin həllinə $6 mlrd.-dan artıq vəsait sərf olunub və dövlət gələcəkdə də bu məqsədlər üçün vəsait ayırmağa davam edəcək», - deyə o, bu gün Beynəlxalq Miqrantlar Günü və Beynəlxalq Miqrasiya Təşkilatının yaradılmasının 65 illiyinə həsr olunmuş tədbirdə vurğulayıb.
Xidmət rəisi torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıdacağına ümidvar olduğunu deyib.
«1 mln.-dan artıq qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq düşüncəsi ilə yaşayır. İnanırıq ki, bu, belə də olacaq, onlar öz doğma yurdlarına qayıdacaq, torpaqlarımız işğaldan azad olunacaq», - deyə P.Musayev vurğulayıb.
O, Azərbaycanın miqrasiya siyasətinin effektivliyini qeyd edib.
«Qanunsuz miqrantların sayı minimuma endirilib. Bu, dövlət təhlükəsizliyinin təmin edilməsi baxımından çox önəmlidir», - deyə DMX rəisi əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan miqrantlar üçün cəlbedici ölkəyə çevrilib. «Bu yaxınlarda “Miqrasiya haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 5 il ərzində Azərbaycanda yaşayan miqrantlar Azərbaycan vətəndaşlığı almaq hüququna malikdirlər», - deyə P.Musayev bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak isə 2016-cı il dekabrın 8-də Cenevrədə imzalanmış “Azərbaycanın Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi”nin əhəmiyyətini diqqətə çatdırıb.
Bu sazişə əsasən, icrasına başlanılacaq pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şərait yaradılmasından ibarətdir.
12 ay müddətində davam edəcək layihə çərçivəsində maarifləndirmə, həmçinin yuxarıda qeyd olunan şəxslərə ölkəni tərk etməzdən əvvəl və tərk edərkən yardımın göstərilməsi kimi zəruri tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət