1 yanvar 2017-ci il tarixindən etibarən xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi ölkədə təhlükəsizliyin təminatına xidmət edir. Azərbaycan Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev belə hesab edir.
“Bir pəncərə” prinsipinin tətbiqi qrantların əldə edilməsində maneələrin aradan qaldırılması, prosesin şəffaflığı və Azərbaycanın dövlət təhlükəsizliyinin təminatına xidmət edəcək”, - deyə A.Quliyev bu gün AzərbaycanMilli QHTForumunun (MQF)9-cu qurultayında bildirib.
Onun sözlərinə görə, artıq istənilən xarici donor Ədliyyə Nazirliyinə müraciət edərək qısa zamanda Azərbaycanda fəaliyyət göstərmək üçün sənədlər paketini əldə edə biləcək.
“Bu sistem donorların işində mobilliyin təminatına xidmət edəcək. Biz bu məsələdə üç əsas prinsipi rəhbər tuturuq. Birincisi, donorların fəaliyyətlərinin şəffaflığının təminatından ibarətdir. İkincisi, onların biri-birinin işini təkrarlalamağa imkan verməməkdir”, - deyə o bildirib.
“Üçüncü prinsip dövlət təhlükəsizliyinin təminatındanm ibarətdir. Biz narahat dünyada yaşayırıq və ətrafda baş verən hadisələr və ayrı-ayrı ölkələrdə icra olunan layihələr bizi sayıq olmağa məcbur edir. Bu gün bir çox maraqlı dairələr maraqları xatirinə donor fəaliyyətindən sui-istifadə edirlər, Azərbaycanda konstitusional strukturların fəaliyyətini sarsıtmağa çalışaraq, bu və ya digər dərəcədə terrorçuluq və radikalizmi dəstəkləməyə, ölkənin təhlükəsizliyinə təhdid olan digər tədbirlərə əl atmağa çalışırlar”, - deyə A.Quliyev vurğulayıb.
O bildirib ki, donorların fəaliyyəti dövlət tərəfindən əlaqələndirilməlidir.
A.Quliyev ötən dövr ərzində Milli QHTForumunun uğurlu fəaliyyətini qeyd edib və bu strukturun öz funksionallıq və mobilliyini qoruyub saxladığını vurğulayıb.
Onun sözlərinə görə, dövlət QHT-nin bütün problemləri barədə məlumatlıdır. A.Quliyev gələcəkdə həmin problemlərin həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyinə dair söz verib.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən, 1 yanvar 2017-ci il tarixindən etibarən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq olunacaq.
Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunub. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət