Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dmitriyeviç Doroxin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibısində ikitərəfli siyasi və iqtisadi əlaqələrdən söhbət açıb.
- İlk öncə Sizi Rusiya Federasiyasının Diplomatik İşçi Günü münasibətilə təbrik edirik. Bu il diplomatik əlaqələrimizin 25-ci ildönümünü nəzərə alaraq, Rusiya diplomatiyasının Azərbaycan istiqamətində işini necə qiymətləndirmək olar?
- Düşünürəm ki, təvazökarlıqdan kənar olsa da, ötən 25 ili əhatə edən dövrü müsbət qiymətləndirə bilərik. Əsas odur ki, yeni tarixi şəraitdə keçmişdə qurulan yaxşı əlaqələri qoruyub saxlaya bilmişik və yeni dəyərlər yaratmışıq, indi isə biri-birimizi yaxşı anlamağı öyrənmişik. Maraqlarımızın üst-üstə düşdüyü sahələrdə yaxşı əməkdaşlıq qurmuşuq. Əgər maraqlarımız üst-üstə düşmürsə, təlaşa qapılmırıq. Hər bir ölkə müstəqil siyasət yürüdür və biri-birinin qarşısında hesabat vermir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq.
Tam səmimi olaraq aşağıdakıları əlavə etmək istərdim. Rusiya-Azərbaycan münasibətlərinə milyonlarla insan cəlb olunub. İnsanlar sərbəst şəkildə biri-birinin ölkəsinə səfər edə, ailə, biznes qura, istədikləri dövlətdə təhsil ala bilərlər. Bu böyük nailiyyətdir.
Rusiya diplomatiyası da bu cür nəticənin əldə olunmasına öz töhfəsini verib. Mən bu töhfə ilə fəxr edirəm.
- Ötən il Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin göstəriciləri necə olub? Bu istiqamətdə cari il hansı tendensiyalar gözlənilir? Qarşılıqlı ticarət dövriyyəsinin göstəriciləri Moskvanı qane edirmi?
- Ötən il Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında ikinci yerə çıxıb. Qeyri-neft sektorunda isə birirnci yerdə qərarlaşmışıq. Bu trend Azərbaycan rəhbərliyinin iqtisadiyyatın şaxələndirilməsi kursu ilə həmahəngdir və yeni iş yerlərinin yaradılmasına imkan yaradır. Bu da onlarla, bəlkə də, minlərlə insanın maddi rifahına müsbət təsir edir.
2016-cı ildə Rusiya-Azərbaycan ticarət dövriyyəsinin həcmi 2,05 mlrd. dollar təşkil edib. 2014-cü ildə rekord 4 mlrd. dollarla müqayisədə bu, əlbəttə ki, azdır. Lakin, hazırki vəziyyətdə bu nəticələri də qiymətləndirmək lazımdır. Xüsusən ona görə ki, ticarətin fiziki həcmləri cüzi azalıb. Müsbət amil kimi, Azərbaycandan ASK məhsullarının Rusiyaya ixracında 30% artımı qeyd etmək istərdim.
Bu yaxınlarda məlum olub ki, Azərbaycan ilk ticarət nümayəndəsini məhz Rusiyaya təyin edəcək. Şübhəsiz ki, bu tərəfdaşlığımızın strateji səviyyəsini göstərir. Ümid edirik ki, bu ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlavə təkana çevriləcək.
- Hazırda A.Lapşinin işi diqqət mərkəzindədir. Bu barədə nə deyərdiniz?
- Azərbaycan tərəfi qüvvədə olan Rusiya-Azərbaycan sazişlərinə dair öz öhdəliklərini həyata keçirdi. Cari il fevralın 9-da Rusiya vətəndaşının saxlanılmasına dair səfirlik vaxtında məlumatlandırılıb. Yəni, bizə sorğu göndərildyi günün səhərisi konsulluğun əməkdaşı A.Lapşin ilə görüşüb.
Saxlanılan şəxsin saxlanma şəraitinin normal olduğunun şahidi olduq. Heç bir şikayəti yoxdur. Vəkil tərəfindən müdafiəsi təmin olunub.
Səfirlik beynəlxalq hüquq normaları və Rusiya-Azərbaycan sazişləri əsasında A.Lapşinin işinin obyektiv və ədalətli həllinə ümid edir.
Söhbət etdilər A.Əzizov, R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət