2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 2 mlrd. 93,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-fevral aylarında kapital qoyuluşlarının ümumi həcmindən 1 mlrd. 868,3 mln. manat (bütün investisiyaların 89,2%-i) istehsalat təyinatlı obyektlərin, 69,3 mln. manat (bütün investisiyaların 8,1%-i) xidmət obyektlərinin, 56,1 mln. manat yaşayış sahələrinin inşasına (bütün investisiyaların 2,7%-i) yönəldilib.
Hesabat dövrü ərzində 1 mlrd. 405,7 mln. manat (bütün investisiyaların 67,1%-i) xarici investisiyaların, 688 mln. manat (bütün investisiyaların 32,9%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-fevral aylarında əsas kapitala dövlət investisiyalarının həcmi 531,8 mln. manat (bütün investisiyaların 25,4%-i), özəl investisiyaların həcmi 1 mlrd. 561,9 mln. manat (bütün investisiyaların 74,6%-i) təşkil edib.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 1 mlrd. 455 mln. manat və ya bütün kapital qoyuluşlarının 69,5%-ni təşkil edib.
Yanvar-fevral aylarında Azərbaycanın neft sektoruna kapital qoyuluşları 1 mlrd. 503,3 mln. (bütün investisiyaların 71,8%-i), qeyri-neft sektoruna 590,4 mln. manat (bütün investisiyaların 28,2%-i) təşkil edib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət