Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin I rübündə ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisinin maliyyələşdirilməsinə $66 mln. məbləğində vəsait yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“İndiyədək layihəninreallaşdırılmasına ARDNF-in büdcəsindən $859,7 mln., o cümlədən bu ilin I rübündə $66 mln. ayrılıb”, - deyə məlumatda qeyd olunur.
Layihənin dəyəri $1 mlrd. 116,7 mln. təşkil edir.
2016-cı ildə ARDNF sözügedən layihənin reallaşdırılmasına $97,7 mln. yönəldib.
Azərbaycanda ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin sifarişçisi funksiyalarını həyata keçirmək üçün “Azerbaijan Rigs” MMC yaradılıb. MMC-də ARDNF 90%, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 10% iştirak payına malikdir.
2013-cü ilin iyun ayında "Caspian Drilling Company" (ARDNŞ və “Global Santa Fe” tərəfindən təsis edilib) və Sinqapurun “Keppel Fels” şirkəti 6-cı nəsil üzən yarımdalma qazma qurğularının tikintisinə dair saziş imzalayıblar. Tikinti işləri “Keppel Fels” tərəfindən həyata keçirilir.
Qurğu dənizin 1000 metr dərinliyində qazma işlərinin aparılması və 12 min metr dərinliyə malik quyuların qazılması üçün nəzərdə tutulacaq.
Azərbaycan Dövlət Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət