Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və Türkiyənin Botaş International Limited (“BIL”) şirkətinin prezidenti Erdoğan Tozan və Maliyyə və inzibati məsələlər üzrə direktoru Əhməd Akın arasında görüş keçirildi. Görüşdə sözügedən şirkət haqqında məlumat verildi və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olundu.
Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirdi. O, BANM tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiyini bildirərək belə bir imkanın Botaş tərəfindən yaradılması potensialının araşdırılmasını təklif etdi. Rektor qeyd etdi ki, bu kimi təlimlər Ali Məktəbin tələbələrinin inkişafina xidmət edəcəkdir. Şirkətin baş direktoru Erdoğan Tozan da öz növbəsində bu təklifə müsbət yanaşdıqlarını vurğuladı və məsələnin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəklərini bildirdi.
Qeyd edək ki, Botaş International Limited şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BOTAŞ tərəfindən yaradılmışdır. Şirkətin ən böyük və əhəmiyyətli layihələrindən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət eyni zamanda TANAP layihəsində də iştirak edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət