Bakıda IV İslam həmrəyliyi oyunlarının keçirilməsi münasibəti ilə bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı istirahət günləri də işləyəcək. Filialın iş saatları da uzadılıb: oyunlar müddətində filial həftə içi saat 09.00-dan 19.00-dək, istirahət günlərində isə saat 10.00-dan 19.00-dək işləyəcək. Kassaların iş saatı həftə içi 09.00-dan 18.00-dək, istirahət günləri 10.00-dan 18.00-dəkdir. Belə iş rejimi İslam oyunları başa çatana qədər, yəni 22 may 2017-ci il tarixinə kimi davam edəcək.
Filial müştərilərinə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər xidmətlərini göstərməyə davam edəcək.
“Gənclik” ofisinin belə iş rejimi həm yerli müştərilərin, həm də şəhərin qonaqlarının rahatlığı üçün təşkil edilib. Filial, “Gənclik” metro stansiyasının çıxışı yaxınlığında, M.K. Atatürk prospekti, 2 ünvanında («Ganjlik Mall» TM ilə üzbəüz) yerləşir.
Bundan başqa, bu günlərdə müştərilər VTB (Azərbaycan)-ın bütün bankomat və POS-terminallarından istifadə edə bilər. İslam həmrəyliyi oyunları müddətində bank onların fasiləsiz və sabit işini təmin edəcək. VTB (Azərbaycan)-ın bütün bankomatları kifayət qədər valyuta ilə təmin olunacaq.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət