Müdafiə Nazirliyinin sıralarında aşkarlanmış casus şəbəkəsi 1988-1990-cı illərdən kök atıb. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.
“Onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb”, - deyə o, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bir qrup hərbi qulluqçunun həbsi ilə bağlı məsələni şərh edərkən bildirib. DTX rəisi qeyd edib ki, Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq prezident İlham Əliyevin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır.
“Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq dairəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı”, - deyə M.Quliyev vurğulayıb.
O əlavə edib ki, prezident İ.Əliyev tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır.
Qeyd edək ki mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə bəyanatda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçuvə mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürdüyü bildirilib.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb, hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Hazırda bütün təqsirkarların aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət