Bakıya səfəri çərçivəsində Rusiyanın “Kamaz-master” yarış komandası pilot-çempion Ayrat Mardeyevlə birlikdə bank VTB (Azərbaycan)-ın qonağı olub. Çoxsaylı ralli çempionu Ayram Mardeyev bankın kollektivi ilə görüşüb. Səyahətlər zamanı pilotun rahatlığını təmin etmək üçün bank VTB (Azərbaycan) ona istənilən ölkədə istifadə edə biləcəyi “Bakı-Moskva” debet kartını hədiyyə edib.
“Bakı-Moskva” həm Azərbaycanda, həm xaricdə nağd və nağdsız əməliyyatlar üçün nəzərdə tutulan 24 və ya 36 aylıq (müştərinin istəyindən asılı olaraq) debet kartıdır. Kart, xaricdə aparılan nağdsız əməliyyatlar zamanı xərclənən məbləğin 0,5% həcmində Cash Back almağa imkan verir.
2005-ci ildən VTB “Kamaz-master” komandasının baş sponsorudur. Mətbuat-konfransı zamanı Ayrat Mardeyev VTB ilə tərəfdaşlıqdan danışıb: “Biz VTB ilə artıq 10 ildir ki, əməkdaşlıq edirik. VTB etibarlı tərəfdaşdır və buna görə mən onlara minnətdaram, bank hər zaman bizə dəstək olub. Bakıda biz VTB-nin Azərbaycan bölməsində olduq və bizi orda çox mehriban qarşıladılar. Rusiyanın VTB filiallarında adət etdiyimiz tanış və dost mühiti burda da görmək çox xoş və gözlənilməz idi”.
”Kamaz-master” komandası 30 ilə yaxındır ki, fəaliyyət göstərir və 10 ildən çoxdur ki, VTB komandanın yanındadır. Birlikdə biz çox məsələlərin öhdəsindən gəlmişik, biz hər zaman komanda ilə olub, onu dəstəkləməyə çalışırıq. VTB də “Kamaz-master” kimi qalibdir. Mən əminəm ki, bizim qarşıda hələ çox qələbələrimiz var – həm biznesdə, həm də idmanda” – deyə, VTB bankın Reklam və marketinq idarəsinin sponsorluq və xüsusi layihələr şöbəsinin eksperti Mariya Aleksandroviç qeyd edib.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət