ABŞ-ın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta dekabrın 20-də keçiriləcək 9-cu CEO Lunch Baku-da iştirak edəcək. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. O qeyd edib ki, bu CEO Lunch Baku Azərbaycan-Amerika münasibətlərinə həsr olunub. CEO Lunch Baku-da iştirak üçün rəsmi dəvət də SOCAR-ın prezidenti Rövnəq Abdullayevə göndərilib.
Telman Əliyev vurğulayıb ki, ABŞ Azərbaycanın strateji partnyorudur və ölkəmizin həyata keçirdiyi beynəlxalq səviyyəli layihələri dəstəkləyir. “Bu gün Amerika şirkətlərinin əksəriyyəti Xəzər-Qara dəniz regionu ölkələrinin ərazisində uğurla fəaliyyət göstərir. Bundan əlavə, ikitərəfli biznes əlaqələrinin inkişafında, əməkdaşlığın qurulmasında və birgə layihələrin həyata keçirilməsində böyük maraq var. Biz bundan çox məmnunuq. Ümid edirik ki, gələcəkdə əməkdaşlığımız öz bəhrəsini və Xəzər-Qara dəniz regionu ölkələrinin ABŞ ilə ticari-iqtisadi münasibətlərinə öz töhfəsini verəcəkdir”, - deyə Telman Əliyev deyib.
Caspian American Club-un ötən ilin dekabrındayaradıldığını xatırladan Telman Əliyev Caspian American Club-un fəaliyyətinə və 2018-ci il iyunun 4-də keçiriləcək Caspian American Forum Baku-ya göstərilən diqqət və qayğıya görə ABŞ Səfirliyinə öz minnətdarlığını bildirib.
Caspian European ClubvəCaspian American Club-un Sdəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
“Maraqlıdır ki, Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş CEO Lunch Baku Caspian American Cub-un yaranmasının ildönümündə təşkil olunur”, - deyə Telman Əliyev söyləyib.
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialqoun qurulmasında mühüm vasitələrdən olan CEO Lunch həmçinin qeyri-rəsmi şəraitdə yeni işgüzar əlaqələrin yaradılması və nizamlanması üçün əlavə imkanlar yaradır.
CEO Lunch-da sahibkarların üzləşdikləri problemlər müzakirə olunur, regionda fəaliyyət göstərən şirkətləri maraqlandıran məsələlərə toxunulur. CEO Lunch həmçinin iqtisadi əlaqələrin genişləndirilməsi təklifinin müzakirə edilə biləcəyi platforma rolunu oynayır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət