“Nar” tərəfindən dəstəklənən və Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən keçirilən ənənəvi “Elektron təhsil” respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 644 layihəyə ekspertlər tərəfindən baxılıb, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 197 layihə nominant müəyyən edililib. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndirilərək nominantlar arasından qaliblər seçilib.
Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edənmüəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadə etməyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.
Müsabiqə “Nar”, “AzEduNet”, “Ultra”, “Təhsildə innovativ texnologiyalar” əlavə təhsil mərkəzi və “Edumedia Azərbaycan” tərəfindən dəstəklənməkdədir. Elm və təhsilin inkişafına davamlı dəstək verən “Nar” bu il də ənənəvi olaraq “Elektron təhsil” respublika müsabiqəsinin əsas tərəfdaşlarından oldu.
Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “Nar” ölkənin ictimai həyatında aktiv iştirak edir, sosial məsuliyyət hissi ilə elm, təhsil, mədəniyyət və idman sahələrini əhatə edən müxtəlif layihələrə dəstək olur.
“Nar” KSM strategiyası haqqında əlavə məlumatı nar.az internet səhifəsindən almaq olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət