23 aprel 2018-ci il tarixdə, Ümumdünya kitab günü ilə əlaqədar olaraq, "Nar" Bakıda yerləşən internat məktəblərindən birinə 100-dək kitab hədiyyə etdi. Aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarət idi.
Azərbaycan Respublikası Təhsil nazirliyi ilə birgə həyata keçirilən aksiya çərçivəsində təqdim edilən kitablar əsasən məktəbəqədər yaş qrupunu və ibtidai sinifləri əhatə edir. Bura nağıllar, məktəbə hazırlıq üçün əlifba, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər və bu qəbildən olan digər kitablar daxildir.Əlavə olaraq, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftərləri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edildi.
“Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində mütəmadi olaraq müxtəlif tədbir və aksiyalar həyata keçirir. Elm, təhsil və maariflənmənin inkişafına dəstək “Nar” KSM strategiyasının əsas istiqamətlərindəndir. Uzun illərdir ki, bu çərçivədə mobil operator maariflənmənin təşviqi məqsədilə genişmiqyaslı aksiyalar təşkil edir, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edir. Gənc nəslin motivasiyası, təhsil və maariflənməyə olan marağın artırılması bu mənada xüsusi önəm kəsb edir.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Nar стала олицетворением гармоничного сочетания исторического и культурного наследия Азербайджана с современной жизнью. Nar стал первым оператором в стране, представившим технологию 3G, а также широкий охват сети четвертого поколения (4G). В рамках стратегии, направленной на постоянное улучшение качества своей сети, Nar представил услугу HD-Voice (High Definition Voice), обеспечивающую существенное повышение качества передачи голоса во время телефонных звонков. Сегодня, Nar предоставляет более 2-м миллионам своих абонентов услуги высокого качества, благодаря обширной сети, состоящей из более 6500 базовых станций и охватывающей 93% территории страны.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət