İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə Klubun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, Caspian European Club-un fəaliyyəti və icbari tibbi sığorta sahəsinin inkişafının aparıcı aspektləri müzakirə olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur
Əliyev iştirakçılara icbari tibbi sığorta (İTS) üzrə pilot layihəsinin gedişatı, çətinliklər və əldə olunmuş nəticələr, İTS paketinin nisbətən təkmilləşdirilməsi və yenilənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Zaur Əliyev həmçinin eni qanunvericilik aktının, normativ hüquqi aktların və icbari tibbi sığortanın gələcək inkişafı üçün strategiyanın işlənib hazırlanması barədə məlumat verib. O qeyd edib ki, İTS sistemində özəl sığorta təşkilatları və klinikalar da iştirak edə bilərlər.
Telman Əliyev göstərilən diqqətə və Caspian European Club-la sıx əməkdaşlığa görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyevə minnətdarlığını bildirib.
O, ikitərəfli əməkdaşlığın icbari tibbi sığorta sahəsindəki problemlərin həllinə yardım edəcəyinə, Caspian European Club-un isə öz növbəsində bizneslə dövlət agentliyi arasında fəal dialoqun davamı üçün təkliflər üzrə öz səylərini əsirgəməyəcəyinə ümid bəslədiyini bildirib.
Görüşün yekununda daimi işçi qrupun yaradılması üzrə razılıq əldə olunub. Işçi qrup çərçivəsində Caspian European Club, Caspian American Club və Caspian European Club-un üzv şirkətlərinin icbari tibbi sığorta sahəsindəki bütün problemləri, xahiş və təklifləri operativ şəkildə müzakirə olunacaq.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət