Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonbəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi siyasi-diplomatik yolla həll olunmalıdır.
"Biz, həmçinin Cənubi Qafqazda gedən proseslər ətrafında da fikir mübadiləsi apardıq.
Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamı tərəfindən tanınmış beynəlxalq norma və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti şəkildə sadiq olduğumuzu bildiririk. Hesab edirik ki, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi bu qədər mürəkkəb problemin ən konstruktiv həlli yoludur", - deyə o, bu gün Bakıda prezident İlham Əliyevlə mətbuata bəyanatla çıxışı zamanı qeyd edib.
Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, E.Rəhmon vurğulayıb ki, Bakı və Düşənbə beynəlxalq terrorizm, ekstremizm, radikal dini ideologiya, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, digər çağırışlar və təhlükəsizliyə təhdidlərlə mübarizədə əməkdaşlığın bundan sonra inkişaf etdirilməsinə tərəfdardır.
"Ənənəvi qarşılıqlı anlaşma mühitində baş tutan danışıqlar zamanı biz BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional birliklər çərçivəsində əməkdaşlıq perspektivlərini də müzakirə etdik. Biz ölkələrimizin ümumi mövqedən çıxşı etdiyi Əfqanıstan problemi ilə bağlı müzakirələr apardıq. Biz Əfqanıstanda sülh və sabitliyin bərqərar olması məqsədlərinə sadiq olduğumuzu bildirdik”, - deyə E.Rəhmon qeyd edib.
O əlavə edib ki, bu məsələlərlə bağlı Tacikistan və Azərbaycanın mövqeyi üst-üstə düşür ki, bu da sözügedən istiqamətdə əməkdaşlıq və sıx qarşılıqlı fəaliyyət üçün yaxşı əsasdır.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət