2018-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2 mlrd. 53,5 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilir.
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $3,1 mlrd. təşkil edib. Beləliklə, 2018-ci ilin birinci yarısında birbaşa xarici investisiyaların həcmi 35,5% azalıb.
Birinci yarımillik ərzində tədiyə balansının məlumatına görə, bu dövrdə birbaşa xarici investisiyaların 79,4%-i neft-qaz sektorunun payına düşüb.
Yanvar-iyun ayları ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $423,3 mln. (azalma 10,4%), xüsusi çəkisi 20,6% təşkil edib.
AMB-nin məlumatına görə, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətləri xaricdə $1 mlrd. 320,4 mln. (artım 27,5%), o cümlədən neft-qaz sektoruna $480,3 mln. (azalma 39,8%), digər sektorlara $840,1 mln. (artım 3,1 dəfə) məbləğində birbaşa investisiya yatırıblar.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
Ümumilikdə 2018-ci ilin birinci yarısının yekunları üzrə xalis maliyyə aktivləri $2 mlrd. 699,5 mln. (azalma 19,2%), öhdəliklər $910,1 mln. (azalma 4,1 dəfə) təşkil edib.
2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $5,7 mlrd. təşkil edib və 21,9% azalıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət