Bakıda (20 sentyabr) 7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018 (www.caspianenergyforum.com) Azərbaycan Respublikası Hökumətinin və Caspian European Club-un dəstəyilə təşkil olunub. Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev forum delegatları və Caspian European Club-un üzvləri adından Caspian Energy Baku Baku-2018-də iştiraka və göstərilən diqqətə görə bütün hökümət nümayəndələri və şirkət rəhbərlərinə minnətdarlığını bildirib.
Forumda Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov, Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev.
“Caspian Energy Forum Baku-2018 çərçivəsində Caspian European Club və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb. 8 şirkət öz arasında əməkdaşlıqla bağlı razılıq əldə edib, 5 şirkət onların maraqlarını Aİ ölkələrində təmsil edəcək partnyor, 3 şirkət məhsullarını Azərbaycana çatdıracaq distrübütor tapıb və 2 şirkət birgə istehsal haqqında razılığa gəlib”, - deyə Telman Əliyev qeyd edib.
O həmçinin əlavə edib ki, təkcə bu gün Caspian Energy Forum-un 2018-ci il noyabrın 30-da Berlində və 2019-cu il martın 15-də İstanbulda keçirilməsi ilə bağlı rəsmi açıqlamadan sonra 43 şirkət Caspian Energy Forum Berlin-də, 47 şirkət Caspian Energy Forum İstanbul-da deleqat qismində qeydiyyatdan keçib.
Forum çərçivəsində həmçinin Beynəlxalq Caspian Energy Award mükafatının Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermiş şirkətlərə təqdimetmə mərasimi keçirilib.
Caspian Energy Award - 2018 mükafatının nominasiyalar üzrə qalibləri:
Forumun sponsoru – ZIRAATBANKAZERBAYCAN– “İLİN KORPORATİV BANKI”
Forumun partnyoru - SOCAR “Azneft” İB – “İLİN NEFT-QAZ ÇIXARMA BİRLİYİ”
Forumun partnyoru – Azpetrol Ltd – “İLİN YANACAQDOLDURMA MƏNTƏQƏLƏRİ ŞƏBƏKƏSİ”
Forumun partnyoru - FREGAT LLC - “DƏNİZ NƏQLİYYATI XİDMƏTİ SAHƏSİNDƏ İLİN ŞİRKƏTİ”
Forumun partnyoru - RİSK Company – “İNNOVATİV PROQRAM TƏMİNATI İSTEHSALI VƏ İXRACI ÜZRƏ İLİN ŞİRKƏTİ”
Forumun partnyoru - Atena Group CJSC - “SÜD MƏHSULLARININ İSTEHSALINDA İNNOVASİYA TEXNOLOGİYALARININ TƏTBİQİNƏ GÖRƏ”
Forumun sponsoruZiraat Bank Azerbaijan,Avropa partnyoru - Brücke GmbHvə partnyorları SOCAR FUGRO, “Yeni texnologiyalar” QSC, ABB, SOCAR-ın “AZNEFT” İstehsalat Birliyi, Azpetrol Ltd, “KPMG AZERBAIJAN LIMITED”in Azərbaycan Respublikasındakı Nümayəndəliyi, Hellmann Worlwide Logistics, FREGAT LLC,NARIMANFILM, RİSK COMPANY, Nabucco A&C, Atena Group CJSC-dir.
“CaspianEnergyForumBaku-2018”in deleqatları sırasında dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərləri, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıblar.
Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərində ildə bir neçə dəfə keçirilir və biznes-hökumət dialoqunun aktivləşməsinə, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulmasına münbit şərait yaradan, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün öz səmərəliliyi ilə seçilən ənənəvi meydandır.
Sıralarında dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunmaqdadır. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət