SSRİ rəhbərliyi Qaregin Njdenin fəaliyyət və planları barədə tam informasiyaya malik idi. Bu sözləri rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov deyib.
"Qaregin Njde etiraf edib ki, o özü və digər erməni millətçilər 1940-cı ildən başlayaraq şüurlu və məqsədyönlü şəkildə nasistlərlə əməkdaşlıq ediblər. Onun rəhbərlik etdiyi "Tseqakron" erməni dilindən “İrqçilər” kimi tərcümə olunsa da, hitlerçilərlə əlbirlik özünü təkcə hərbi və iqtisadi kəşfiyyat formasında deyil, həm də Holokost qurbanlarının əmlakının satışı və ya qanuniləşdirilməsində də göstərirdi", - deyə o, bu gün mətbuat konfransında vurğulayıb.
O.Kuznetsovun sözlərinə görə, Njde təsdiq edirdi ki, alman nasizminin tərəfdarıdır, onun tseqakron ideologiyası açıq şəkildə irqi xarakter daşıyır, özü isə hərbi cinayətkardır.
O qeyd edib ki, Rusiya Dövlət Arxivində Almaniya ordusunun əsir düşmüş əsgəri, nasist Almaniyasının Baş İmperiya Təhlükəsizlik İdarəsinin keçmiş agenti, Avropa ölkələrindəki erməni millətçilərin liderlərinin Üçüncü Reyxə xidmətə cəlb olunmasında şəxsən iştirak etmiş Peter Kamsarakanın (Kamsaryakyanın) dindirilməsi ilə bağlı bəzi sənədlər saxlanılır.
"Dindirmələr zamanı o, əvvəlcə SMERŞ Əks-Kəşfiyyat Baş İdarəsinin əməkdaşlarına, daha sonra isə SSRİ Daxili İşlər Xalq Komissarlığı və Daxili İşlər Nazirliyinin müstəntiqlərinə “Tsekaqron” təşkilatının adını dəfələrlə və tamamilə aydın şəkildə "irqçilər" kimi tərcümə edib. Beləliklə, Njde Hitlerə heç olmasa onunla yaxın idi ki, o da irqi üstünlük nəzəriyyəsi yaratmışdı. Ancaq bu nəzəriyyə ari irqinə deyil, “armenoid” irqinə mənsub nümayəndələri əhatə edirdi. Ona görə SSRİ dövlət təhlükəsizliyi orqanlarının rəhbərləri və hakimiyyət çox gözəl bilirdi ki, Njde – nasist rejiminin adi əlaltısı deyil, Sovet İttifaqı xalqları üçün onun ideologiyasının ən əsas şərhçilərindən biri idi", - deyə politoloq bildirib.
Onun sözlərinə görə, SSRİ xüsusi xidmət və hüquq-mühafizə orqanları üçün Avstriya ermənisi Peter Kamsarakan çox mühüm və qiymətli informasiya mənbəyi idi, bununla əlaqədar olaraq onun işinə SSRİ daxili işlər naziri, general-polkovnik S.N.Kruqlov şəxsən nəzarət edirdi.
O.Kuznetsov qeyd edib ki, 1948-ci il noyabrın 18-də Kruqlovun imzası ilə və "Tam məxfi” qrifi altında cəmi 6 nüsxədə arayış tərtib olunaraq İ.V.Stalin, V.M.Molotov, L.P.Beriya və Q.M.Malenkovun adına ünvanlanıb.
"Arayışda Üçüncü Reyxin xüsusi xidmət orqanları ilə erməni millətçilərin əməkdaşlığı haqqında aşağıdakı məlumatlar əks olunmuşdu: Daşnaklar öz komitələrinin olduğu bütün ölkələrdə almanları maraqlandıran informasiyaları toplayırlar. Bu, ilk növbədə SSRİ, Mərkəzi Amerika ölkələrinə və İngiltərəyə aid idi … Daşnaklar kəşfiyyat xarakterli informasiyalar toplamaqdan başqa, almanların tapşırığı ilə 1940-cı ilin yay fəsli boyunca Rumıniyada almanların Hollandiyadakı firmaları və xüsusi şəxsləri soymaqla əldə etdikləri brillyant və digər qiymətli əşyaların qanunsuz satışı ilə məşğul olurdular … Daşnaklar almanlara öz istəklərini də bildirirdilər. Onların mahiyyəti bundan ibarət idi ki, SSRİ ilə müharibənin başlayacağı təqdirdə Almaniyanın tərkibində erməni dövləti yaradılsın və hökumət partiyasında daşnaklar təmsil olunsunlar. Türkiyə ərazisindəki erməni rayonlarının birləşdirilməsi ilə yanaşı, şərqdə Ermənistan Dağlıq Qarabağın, şimalda isə Gürcüstanın Borçalı rayonunun birləşdirilməsi hesabına genişlənməlidir", - deyə ekspert vurğulayıb.
"Buna görə, bu gün Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia edən hər kəs Nürnberq Beynəlxalq Hərbi Tribunalı tərəfindən fəaliyyəti cinayət xarakterli olaraq tanınmış Baş İmperiya Təhlükəsizlik İdarəsinin fəallarına və nasistlərə bənzəyir", - deyə O.Kuznetsov bildirib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət