Azərbaycanın Moskvadakı səfirliyi Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadınların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin qarşısını almaq məqsədilə Rusiya XİN qarşısında məsələ qaldıracaq. Bu barədə Azərbaycan XİN-in nəyanatında qeyd olunur.
“A.Hakopyanın “Qadınlar sülh naminə” təşəbbüsünün humanitar prinsiplərdən çıxış edərək irəli sürüldüyünü şəxsən bir qadın və ana kimi anlayıram. Güya bu təşəbbüsün əsas məqsədi gənc əsgərlərin, günahsız insanların ölümünün qarşısını almaqdır”, - XİN-in mətbuat xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Leyla Abdullayevanın şərhində deyilir.
Onun fikrincə, bu zaman məsələyə köklü şəkildə yanaşmaq və “Ermənistan əsgərlərinin Azərbaycanın torpaqlarında nə işi var?” sualına cavab vermək lazımdır. “A.Hakopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib, gənc insanların ölümünün qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir”, - L.Abdullayeva vurğulayıb.
Onun sözlərinə görə, aydındır ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi “Ermənistanın daxili auditoriyasına hesablanıb”.
“Lakin nəzərə almaq lazımdır ki, bu kimi təşəbbüslər, xüsusilə də bu çərçivədə “humanitar missiya” adı altında Rusiya Federasiyasından bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşviq etmək, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münaqişənin həllinə xidmət etmir və Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında Düşənbədə aparılmış söhbətin ruhuna cavab vermir. Bu məsələ Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq”, - L.Abdullayeva əlavə edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət