Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
“Azərbaycana qarşı hərbi təcavüz həyata keçirən Ermənistan işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə həyata keçirib. Nəticədə, 1 milyondan şox azərbaycanlının hüququ pozulub. Bu səbəbdən, Ermənistan rəhbərliyinin insan haqlarına dair bəyanatları həm siyasi, həm də hüquqi nöqteyi-nəzərdən yersizdir”, - H.Hacıyevin rəsmi mətbuata şərhində qeyd olunur.
Həmçinin, Ermənistan tərəfi hər vəchlə hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının olması faktını inkar edtməyə çalışır. “O cümlədən, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına imkan vermir”, - o qeyd edib.
H.Hacıyev vurğulayıb ki, Ermənistanın bu cür iddiaları təcavüz faktını gizlətməkdən başqa bir şey deyil. Yerevan obyektiv reallıqdan fikri yayındırmaq, beynəlxalq ictimaiyyəti aldatmaq kimi addımlara əl atır.
Prezident Administrasiyasının rəsmisi əlavə edib ki, münaqişənin BMT Təhlükəsilzik Şurasının qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli erməni və azərbaycanlı icmaların sülh şəraitində birgə yaşamasını təmin edəcək. “Nəticədə, bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar olacaq”, - H.Hacıyev bildirib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət