Hər bir şirkətin fəaliyyətinin əsas səbəbi onun məhsul və ya xidmət təqdim etdiyi müştəriləridir. Norm Sement yarandığı gündən etibarən müştəri məmnuniyyətinin təmin edilməsi üçün çalışmış və hazırda bu məqsədlə vahid sistem qurulmasına nail olmuşdur.
Norm Sement tərəfindən müştərilərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi məqsədilə atılmış addımlardan biri peşəkar Texniki Dəstək komandasının yaradılmasıdır. Komandanın tərkibi daim xarici ekspertlərin və yerli peşəkarların iştirakı ilə ölkə daxili və xaricində təlim, tədris və seminarlara cəlb olunan mütəxəssislərdən ibarətdir.
Texniki Dəstək heyətinin iş prinsiplərinə əsasən, müxtəlif qaynaqlardan şirkətə daxil olmuş sement və betonla əlaqədar müştəri müraciətlərinə 3 gün ərzində baxılır, müştərinin məkanına ziyarət planlaşdırılır, ehtiyac olan təqdirdə ziyarət əsnasında müştərinin məhsulundan nümunə götürülərək Norm beton və sement laboratoriyalarında müvafiq sınaqlar, təhlillər aparılır. Texniki dəstək komandasının peşəkarları tərəfindən müştərilərə sement və onun kompenentləri, müxtəlif sahədə işlənilməsi ilə bağlı məsələlər barədə və sərfəli beton qarışımı dizaynının hazırlanmasına dair tövsiyələr verilir, onların texniki heyəti üçün maarifləndirici və məlumatlandırıcı təlimlər təşkil olunur. Həmçinin şirkət müştəri müəssisələrin texniki mütəxəssislərinin xarici təlim və seminarlarda iştirakını təmin edir. Norm Sement müştəriləri üçün peşəkar Texniki Dəstək xidmətini təmənnasız şəkildə həyata keçirir.
Şirkət tərəfindən müştərilərin istifadəsinə verilmiş “E-Commerce” sistemi isə onların işini asanlaşdırmaq, vaxt və büdcələrinə qənaət baxımından əlverişli elektron biznes portalıdır. Müştərilər şəxsi kabinə daxil olmaqla, sifarişlərinə nəzarət edir, ödəmələrinin statusunu və GPS vasitəsilə sifarişin ünvana təslim edilib - edilmədiyini izləyə bilir.
Müştərilərlə münasibətlərin düzgün tənzimlənməsinə əhəmiyyət verən Norm Sement mütəmadi şəkildə korporativ müştərilərlə, dilerlərlə və ustalarla görüşlər təşkil edir. Bu görüşlərdə müştərilərin Norm məhsullarına, satış nümayəndələri ilə münasibətə, daşınma və çatdırılma xidmətinə, texniki dəstək xidmətinə dair irad və təklifləri müzakirə olunur, onlara sement və betona dair müxtəlif səpkidə tədrisyönümlü təlimlər təşkil edilir.
Bundan əlavə, hər bir loyal müştərisinə fərdi yanaşma üslubu ilə seçilən Norm Sement müştərilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə onları ölkə daxilində və xaricində keçirilən futbol üzrə Avropa və Dünya Çempionatının müxtəlif oyunlarına dəvət edir, onların xarici ölkələrə səfərlərini təşkil edir.
Müasir keyfiyyət standartlarına uyğun məhsul istehsal edərək, müştəri məmnuniyyətinin təmin olunması məqsədilə istehsal gücü ildə 2 milyon ton sement olan Norm Sement zavodunda yüksək standartların tələblərinə cavab verən sement və beton laboratoriyaları ən müasir avadanlıqlarla təchiz edilib. Burada PANalytical (Niderland), SIEBTECHNIK (Almaniya), Mettler Toledo (İsveçrə), Toni Technik (Almaniya), RatioTEC (Almaniya), Memmert (Almaniya), Micromeritics (ABŞ), Retsch (Almaniya) və s. kimi tanınmış şirkətlərin istehsal etdiyi cihazlar və avadanlıqlar quraşdırılıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət