Bakı Ali Neft Məktəbində (BANM) tanınmış qazma şirkəti MHWirth şirkətilə görüş keçirilib. Görüşdə rektor Elmar Qasımov, MhWirth şirkətinin Xəzər hövzəsi, Yaxın Şərq və Şimali Afrika əməliyyatları üzrə rəhbəri, Baş Vitse prezident Yohannes Eikland, şirkətin Azərbaycan nümayəndəliyinin baş meneceri Rüfət Ziyadxanov, Biznes xidmətləri üzrə menecer Azər Məmmədov, BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və Ali Məktəbin digər məsul əməkdaşları iştirak ediblər.
Görüşü öz sözlərilə açan Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM və onun son uğurları, tələbələri və tədris proqramları haqda danışıb. Rektor həmçinin qeyd edib ki, BANM-da təhsilin ingilis dilində olması onun tələbə və məzunlarının iri neft-qaz və enerji sektorunda olan transmilli şirkətlərə inteqrasiyasını asanlaşdırır.
Ali Məktəbinin kampusunun çox möhtəşəm olduğunu bildirən qonaq Yohannes Eikland rektor Elmar Qasımova görüş üçün təşəkkür edib. O bildirib ki, bir əsrdən artıq müddətdə qazma qurğularının qlobal təchizatçısı olan MHWirth şirkətinin Azərbaycan nümayəndəliyində milli kadrlara üstünlük verilir və işçilərə müvafiq təlimlər, seminarlar və simulyasiyalar keçirilir. Bu nöqteyi nəzərdən şirkət BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrası və Neft-qaz kafedrasının əməkdaşları və tələbələrilə əməkdaşlıq edə bilər. Cənab Eikland həmçinin qeyd edib ki, şirkət artıq bütün proseslərin avtomatlaşdırılmasına keçməkdədir. Bu nöqteyi nəzərdən də BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını bitirən məzunlara ehtiyyac duyulmaqdadır.
Görüş zamanı Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri Manafəddin Namazov və Neft-qaz kafedrasının müdiri Farad Kamyabi şirkətlə iş birliyi istiqamətlərinin müəyyən olunması üzrə fikirlər səsləndiriblər.
Şirkətin rəhbəri Ali Məktəbin müəllim və tələbələrindən ibarət nümayəndə heyətini MHWirth şirkəti, orada görülən işlər və təlim proqramları ilə tanış olmaq məqsədilə şirkətə dəvət edib.
Görüşdən sonra qonaqlar Ali Məktəbin kampusuna tur edərək buradakı laboratoriyalar və təlim mərkəzlərinə xüsusi maraq göstəriblər.
Qeyd edək ki, MHWirth şirkəti bir əsrdən artıqdir ki, bütün dünyadan olan müştərilərinə təhlükəsiz qazma həlləri və xidmətləri göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət