Azərbaycan sahil mənzilli raket komplekslərinin (SRK) alınmasına dair Rusiya ilə danışıqlar aparmayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
“Bal-E” raket kompleksinin alınmasına dair niyyətimiz olmayıb, müvafiq olaraq bu məsələ ilə bağlı Rusiya tərəfi ilə heç bir danışıqlar aparılmayıb”, - nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
“Bundan başqa, qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”, - agentliyin həmsöhbəti əlavə edib.
Dünən Rusiyanın “Kommersant” qəzeti məlumat verib ki, Azərbaycan Silahlı Qüvvələrinə sahil mühafizəsi üçün “Bal-E” raket kompleksinin tədarükü Rusiya Müdafiə Nazirliyinin mövqeyi ilə əlaqədar baş tutmayıb. Qəzetin məlumatına görə, rusiyalı hərbçilər hesab ediblər ki, bu kompleksə daxil olan raketin hətta ixrac modifikasiyası Rusiya Xəzər donanmasının RF-nin ərazi sularında olan gəmilərinə potensial təhlükə yarada bilər.
Qəzet vəziyyətlə tanış olan mənbəyə istinadən qeyd edir ki, Azərbaycan və Rusiya arasında “Bal-E” raket kompleksinin kiçik partiyasının və 3М24 raketlərinin (ixrac versiyası Х-35Э) tədarükünü nəzərdə tutan müqavilə paraflanıb. Lakin yekun saziş imzalanmayıb. Səbəb RF Müdafiə Nazirliyinin Xəzər donanması gəmilərinin təhlükəsizliyinin təmin edilməsi üçün bu komplekslərin tədarükünün məqsədəuyğun olmamasını əks etdirən xüsusi mövqeyindən qaynaqlanır.
Nəşr bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinə “Bal-E” raket kompleksinin tədarükü mövzusu hazırda müzakirə olunmur. Çünki bu məsələdə olduqca incə geosiyasi məqam var. Son illərdə “Х-35” tipli raketin tuşlama başlığı dənizdəki hədəflərlə yanaşı, yerüstü hədəfləri də məhv etmək üçün modernləşdirilib. «Biz istəmirik ki, bu silah Dağlıq Qarabağ münaqişəsində istifadə olunsun», - deyə mənbə qeyd edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət