Biznes-forumda çıxış edən Səfər Mehdiyev forum iştirakçılarını maraqlandıran bütün suallara cavab verib, DGK-nin fəaliyyəti və yeni planlar üzərində xüsusilə dayanıb.
DGK rəhbəri qeyd edib ki,əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident Ilham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasına gömrük orqanları da öz töhfəsini verməkdədir. Son illərdə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac və tranzit potensialının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük orqanlarının fəaliyyətində də əsaslı dönüş yaradıb. Ölkəmizin gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadrların potensialının gücləndirilməsi istiqamətində görülən işlərə toxunan Komitə sədri artıq gömrük orqanlarının daha çevik və dinamik bir quruma çevrildiyini bildirilib. O da qeyd olunub ki, həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Biznes-forumda çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə Səfər Mehdiyevə minnətdarlığını bildirib.
Biznes-forumda Səfər Mehdiyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni və fəaliyyətdə olan üzv şirkətlərinə də sertifikatlar verilib.
Tədbirdə Alliance Assist şirkətinim direktoru Bəxtiyar Yaraliyev və Zaman Broker şirkətinin direktoru Xəyal Məmmədxanlı təqdimatla çıxış edib.
Biznes-forumda dövlət və özəl şirkət rəhbərləri, bir sıra diplomatik qurumların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.
Caspian European Club-un əsası onun ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qoyulub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət