Belarus istehsalı “Polonez” yaylım atəşli reaktiv sisteminin Azərbaycana tədarükü Rusiyanı narahat etmir. Bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev deyib.
“Bəli, bu gün Azərbaycan yalnız bizimlə deyil (Rusiya ilə - İF), həm də digər tərəfdaşlarla, xüsusilə Belarus ilə əməkdaşlıq edir. Bu bizi narahat etmir (“Polonez” yaylım atəşli reaktiv sisteminin Azərbaycana tədarükü - İF): biz normal sağlam rəqabətin tərəfdarıyıq, ikincisi, hər iki ölkə MDB-yə daxildir, bu səbəbdən biz necə bunun əleyhinə ola bilərik?”, - D.Şuqayev “Kommersant” qəzetinə müsahibəsində bildirb.
O vurğulayıb ki, əgər Azərbaycan-Belarus hərbi-texniki əməkdaşlığı “sağlam düşüncə çərçivəsində həyata keçirilirsə, biz heç kəsə diktə edə bilmərik və bunu etmək fikrində deyilik”.
Xəbər verildiyi kimi, Bakı 2018-ci ilin iyun ayında Minskdən ilk partiya “Polonez” yaylım atəşli reaktiv sistemi alıb. Ötən ilin sentyabr ayında kompleksin növbəti partiyası Azərbaycana gətirilib. Belarus istehsalı yaylım atəşli reaktiv sisteminin Bakıya tədarükü Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən həyata keçirilib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət