Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovla Abu-Dabi şəhərində hərbi sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.
“Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar”, - Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
Birləşmiş Ərəb Əmirliklərində keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun arsenalını gücləndirə biləcək silah və texnika ilə maraqlanıb.
“Sərgi zamanı Z.Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb. Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Belarus silahlarının alıcılarından biridir. Bakı 2018-ci ilin iyun ayında Minskdən ilk partiya “Polonez” yaylım atəşli reaktiv sistemi alıb. Ötən ilin sentyabr ayında kompleksin növbəti partiyası Azərbaycana gətirilib. Belarus istehsalı yaylım atəşli reaktiv sisteminin Bakıya tədarükü Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən həyata keçirilib.
İlk müqaviləyə əsasən, sifarişçiyə 10 kompleks (raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyaları və s. daxildir) göndəriləcək.* **
F.İsazadə
“International” BOKT 5 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır
Yanvarda Azərbaycan Aİ-yə boru kəməri qazının dördüncü ixracatçısı olub
Novruz bayramı günlərində Azərbaycanda 130-dan çox valyuta mübadiləsi məntəqəsi fəaliyyət göstərəcək
“Global Terrorism Index 2024”: Azərbaycan terror riskinin aşağı olduğu ölkələr qrupuna daxildir
Yanvarda Azərbaycanda bağlanmış nikahların sayı 8% azalıb, boşanmaların sayı 26% artıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Peskov: Rusiya Cənubi Qafqazda NATO-nun fəallığını diqqətlə izləyir
Paşinyan NATO-ya Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına kömək etməyi təklif edib.
Paşinyan: Ermənistan NATO ilə dialoqu inkişaf etdirmək istəyir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104- ə çatdırdı
Konqo Milli Neft Korporasiyasının prezidenti Bakı Ali Neft Məktəbində olub
Yelo Bank-da "Azərbaycanın Qrafik Dizayn Tarixi (1875-1990)” kitabının təqdimatı keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət