Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup bu gün Bakıda ərazi sularında birbaşa çıxış xətlərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə edir. Bunu Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov deyib.
“Gündəliyə, həmçinin sahilyanı ölkələrin ərazi sularının və balıqçılıq zonalarının müəyyənləşdirilməsi üçün birbaşa çıxış xətlərinin təyin edilməsinin metodikası da daxildir”, - deyə o, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın müddəalarının yerinə yetirilməsi üzrə İşçi Qrupun bu gün Bakıda keçirilən ilk iclasında bildirib.
O qeyd edib ki, iclasın gedişində Xəzəryanı "beşliyin" nümayəndələri avqustun 12-də Aktauda qəbul edilmiş “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyadan irəli gələn məsələləri müzakirə edəcəklər.
"Xəzəryanı dövlət başçılarının zirvə toplantısından 6 aydan çox vaxt keçib. Bu dövrdə bəzi dəyişikliklər baş verib və biz bugünkü iclasda bu barədə danışacağıq", - deyə X.Xələfov qeyd edib. Bununla belə, o, söhbətin hansı dəyişikliklərdən getdiyini açıqlamayıb.
O bildirib ki, iclasın gedişində tərəflər konvensiya layihəsinin ratifikasiyası ilə bağlı fikir mübadiləsi də aparacaqlar.
"Konvensiya bir çox əməkdaşlıq mexanizminin yaradılmasını təmin edib və vəzifəmiz bu sənədin və dövlət başçıları tərəfindən qəbul edilmiş qərarın reallaşdırılması yollarını müzakirə etməkdir", - deyə Azərbaycanın səlahiyyətli nümayəndəsi qeyd edib.
O vurğulayıb ki, Xəzər ölkələri arasında dostluq və əməkdaşlıq münasibətləri qurulub, yüksək etimad və qarşılıqlı hörmət mövcuddur.
““Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın qəbul edilməsi məhz bu şərtlərdə mümkün olub. Nəticədə ölkələr Xəzər dənizində sabitlik və təhlükəsizliyi təmin edən sənədi qəbul edə bilib", - deyə X.Xələfov əlavə edib.
"Xəzər dənizində təhlükəsizlik və sabitlik bütün dünya üçün nümunə ola bilər və bu gün biz bu münasibətlərin səviyyəsindən razıyıq", - deyə o söyləyib.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət