Mart ayında Bakı və Brüssel strateji tərəfdaslığa dair sazişin ticarət və siyasi blokları üzrə danışıqların növbəti mərhələsini keçirəcək. Bunu “İnterfaks-Azərbaycan”a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
“Martın ortalarında Bakıda siyasi hissə, ayın sonuna yaxın isə Brüsseldə ticarət hissəsi üzrə danışıqların keçirilməsi gözlənilir”, - K.Yankauskas bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə siyasi blok üzrə danışıqların dəqiq tarixi razılaşdırılır.
K.Yankauskas danışıqların intensiv xarakterini və ayrı-ayrı bəndlərin razılaşdırılması istiqamətində əldə olunan irəliləyişi qeyd edib. “Ticarət hissəsi üzrə son iki raund ərzində mühüm irəliləyiş əldə etmişik. Çox yaxşı iş həyata keçirilir. Yeni sazişə dair apardığımız danışıqların hər üç istiqaməti üzrə irəliləyiş var: sektor, ticarət və siyasi sahələrdə”, - o vurğulayıb.
K.Yankauskas qeyd edib ki, iki tərəfin nümayəndə heyətləri hər ay görüşürlər. “Biz hamımız sazişin tezliklə imzalanması üzərində çalışırıq. Hər ay nümayəndələrimiz həm Brüssel, həm də Bakıda görüşürlər. Biz irəli gedirik, bir-bir maddələri bağlayırıq”, - o bildirib.
K.Yankauskasın sözlərinə görə, Aİ və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq bütün sahələri əhatə edir. “Aİ Azərbaycanda ən müxtəlif layihələri reallaşdırır. Bu həm tvinniq, həm təhsil, regional inkişaf, kənd təsərrüfatının inkişafı layihələridir. Bütün bu sahələrdə ən müxtəlif formada əməkdaşlığımız var. Yəni, bütün sahələrdə”, - o vurğulayıb.
Öncə K.Yankauskas bəyan edib ki, Azərbaycan və Aİ 2019-cu ilin may ayına qədər strateji tərəfdaşlığa dair yeni saziş layihəsini razılaşdırmaq niyyətindədir.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.
11 iyul 2018-ci il tarixində Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi imzalanıb.
Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib ki, Brüssel və Bakı 2019-cu ildə strateji tərəfdaşlığa dair sazişin imzalanmasına ümid edir. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət