AccessBank Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən xüsusi mükafatla təltif olunub.
Təltifetmə mərasimi AMFA-nın 15 illiyinə həsr olunan tədbir çərçivəsində baş tutub. AccessBank "İlin gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilatı" nominasiyası üzrə mükafata layiq görülüb.
Mükafatlandırma mərasimində iştirak edən AccessBank-ın baş direktoru Elşən Pirmaliyev bildirib ki, həm biznes, həm də sosial baxımdan gənclərin inkişafına dəstək vermək bankın əsas hədəflərindən biridir: "Həyata keçirdiyimiz layihələrə layiqli qiymət verdiyi üçün AccessBank adından AMFA-ya təşəkkür edirəm. Əminliklə deyə bilərəm ki, AccessBank bundan sonra da gənclərlə bağlı reallaşdırılan biznes və sosial yönümlü layihələrə dəstəyini əsirgəməyəcək".
Onun sözlərinə görə, bankın kredit portfelinin 24%-i gənclərə (35 yaşınadək olan şəxslərə) yönəlib. Bundan başqa, bankda çalışan menecerlərin 30%-ni gənclər təşkil edir.
AccessBank-ın PR meneceri İlkin Əhmədov isə gənclərlə bağlı həyata keçirilən layihələrə toxunub. AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramından söz açan İ. Əhmədov deyib ki, layihənin məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır: "Layihə iştirakçıları arasından seçilən 10 tələbəyə təqaüd kartları təqdim edilib və həmin tələbələrə cari semestr ərzində hər ay 100 manat təqaüd verilir".
Bank rəsmisi əlavə edib ki, AccessBank-ın UNEC-də həyata keçirdiyi "UNEC Business English Conversation Club" layihəsi ən uğurlu layihələrdən biridir: "İki mövsüm davam edən bu layihə olduqca böyük maraqla qarşılanıb və hazırda da "Access Business Talks" adı altında davam etdirilir. Layihə çərçivəsində bankımızın və tərəfdaş təşkilatların mütəxəssisləri tərəfindən tələbələrə iqtisadiyyat, maliyyə və biznes istiqamətləri üzrə görüşlər keçirilir. Həmçinin, tələbələr bankda təcrübə keçmək imkanı qazanır, yekunda isə onlara sertifikat təqdim olunur".
PR menecer onu da bildirib ki, AccessBank-ın "ASAN könüllüləri" təşkilatı ilə birgə reallaşdırdığı "ASAN İnkişaf Modeli" (AİM) layihəsi də böyük marağa səbəb olub. Layihə çərçivəsində müxtəlif regionlarda, o cümlədən Bakıda 2000 yaxın şagirdə özünəinam və düzgün ixtisas seçimi üzrə təlimlər keçirilib.
O xatırladıb ki, ötən il AccessBank-ın sponsorluğu ilə fiziki məhdudiyyəti olan gənc aktyorlardan ibarət ilk və yeganə teatr olan ƏSA-nın "Adamlar və siçanlar" tamaşası nümayiş olunub.
Bank rəsmisinin sözlərinə görə, hazırda da AccessBank-da gənclərin inkişafına yönəlmiş bir neçə layihə reallaşdırılır: "Bu yaxınlarda biz bank sahəsində karyera qurmaq istəyən gənclər üçün "Access Bankirlər Məktəbi" layihəsinə start verdik. Bununla yanaşı, AccessBank bütün təhsil müəssisələrinin tələbələri arasında marketinq mövzusunda müsabiqə elan edib. Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda seçiləcək, ilk 3 yeri tutmuş komandalar bankda təcrübə keçmək imkanı, sertifikat və pul mükafatı əldə edəcəklər".
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət