Caspian Asian Club mayın 22-də Bakıda Hyatt Regency-də ilk iclasını keçirəcək. Bu barədə Caspian Asian Club-un baş icraçı direktoru Samir Hacıyev məlumat verib.
İclasın işində biznes nümayəndələrinin, həmçinin diplomatik, ticarət və iqtisadi missiya rəhbərlərinin, Asiya regionu ölkələrinin Azərbaycanda çalışan sahə assosiasiyaları və palatalarının başçılarının iştirakı gözlənilir. “Görüş iştirakçıları Xəzər-Qara dəniz regionunda işləmək istəyən Asiya regionu şirkətləri ilə Klub üzvləri arasında əməkdaşlıq imkanlarının öyrənilməsi və üzə çıxarılması məqsədilə Caspian Asian Club-un fəaliyyəti ilə tanış olmaq fürsəti əldə edəcək”, - deyə Samir Hacıyev söyləyib.
Caspian Asian Club 2018-ci il yanvarın 26-da Asiya və Xəzər-Qara dəniz regionu ölkələrinin biznes ictimaiyyətləri arasında dialoqu fəallaşdırmaq məqsədilə yaradılıb.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə təsis olunub.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevdir. Təşkilatın mənzil-qərargahı Bakıda yerləşir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət