Perunun Bakıdakı səfiri Mariya Milaqros Kastanyon Seoane Azərbaycanın bu quruma müşahidəçi qismində qosulmasını rəsmi olaraq təsdiq edən sənədi xarici işlər naziri Elmar Məmədyarova təqdim edib.
Məmmədyarov Bakıda Sakit okean Alyansına üzv ölkələri olan Meksika, Kolumbiya, Peru və Çilinin Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini qəbul edib. Hazırda Peru SOA-da sədrlik edir.
“SOA ölkələri diplomatik missiyalarının rəhbərləri Azərbaycanla əlaqələrinin dinamik inkişafından bəhs ebib və bu prosesdə səfirliklərin böyük rol oynadıqlarını söyləyiblər. Onlar, ölkəmizin apardığı qlobal və regional tərəqqiyə xidmət edən fəal xarici siyasəti yüksək dəyərləndiriblər”, - XİN-in mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, səfirlər təmsil etdikləri dövlətlərin Azərbaycanla əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildiriblər.
“Tərəflər iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə və s. istiqamətlər üzrə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun fəal cəlb olunması, biznes forumlarının keçirilməsi əlverişli formatlar kimi nəzərdən keçirilib”, - məlumatda deyilir.
Məmmədyarov qeyd edib ki, Bakı xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq edir. “Nazir bu mənada Azərbaycanın SOA ölkələri üçün də potensial imkanlar aça biləcəyi qeyd edib”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, mayın 10-da Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşü çrçivəsində Azərbaycan Sakit okean Alyansının (Pacific Alliance) müşahidəçisi statusunu alıb. Azərbaycan alyansın 57 müşahidəçi ölkəsi oldu. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət