Dövlət Gömrük Komitəsi Maersk və IBM şirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan TradeLens-ə qoşulub. Bu barədə DGK-dən məlumat verilir.
Dövlət Gömrük Komitəsinin TradeLens-ə qoşulması məqsədilə sənədi cümə axşamı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev və TradeLens-in hökümətlərlə işlər müdiri Norbert Kouvenhoven.
“DGK informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verir. Bu məqsədlə innovativ layihələr hazırlayıb, həyata keçirir. TradeLens-ə qoşulmaqla Azərbaycan Respublikasının idxal və ixrac əməliyyatlarının səmərəliliyinin artırılması və təhlükəsizliyinin daha da yüksək səviyyədə təmin edilməsi gözlənilir”, - məlumatda İqbal Babayevin sözlərindən sitat gətirilir.
Komitənin əsas məqsədlərindən biri gömrük rəsmiləşdirməsi prosesinin tamamilə avtomatlaşdırılmasıdır. TradeLens böyük bir təchizat zənciri platformasıdır və ticarət sektoru üzrə maraqlı tərəflər üçün etibarlı bir platformaya çevrilməkdədir.
“Bu platformadan istifadə etməklə DGK TradeLens ekosistemi üzrə hərəkət edən daşımalardakı konteynerlərin tərkibi və prosesdə iştirak edən tərəflər haqqında daha erkən və daha ətraflı məlumat əldə edəcək. Bu isə ölkə daxilində və xaricində həyata keçirilən daşımalar üzrə risklərin daha səmərəli şəkildə qiymətləndirilməsinə, gömrük rəsmiləşdirməsi prosesinin daha sürətli icra edilməsinə, ticarətlə məşğul olanlar üçün yüksək xərc tələb edən öhdəliklərin yüngülləşdirilməsinə və region üzrə ümumilikdə ticarət prosesinin sadələşdirilməsinə imkan verir”, - məlumatda deyilir.
2018-ci ilin yanvar ayında TradeLens-in yaradılması barədə elan edilib. Hazırda layihədə 100-dən artıq şirkət və təşkilat iştirak edir.
TradeLens qlobal təchizat zəncirində daha uğurlu əməkdaşlıqlar qurulması və etibarın artırılması məqsədilə məlumatların səmərəli, şəffaf və təhlükəsiz mübadiləsini təmin edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət