“Caspian European Club”un üzvləri “Ulduz” şokolad fabrikində biznes-turda olublar. Bu barədə “Caspian European Club”un direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev qeyd edib ki, “Caspian European Club”un üzvləri üçün biznes-turun təşkili artıq xoş ənənəyə çevrilib. Bu dəfə “Caspian European Club”un üzvləri biznes-tur çərçivəsində artıq 19 ildir fəaliyyət göstərən “Ulduz” şokolad fabrikində istehsalatla əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.
“Bizim bir çoxumuz uşaq vaxtı şokolad fabrikində olmağı arzulayırdıq. Hətta böyüyəndən və uğurlu biznesmen olduqdan sonra da bir çoxu “Ulduz” şokolad fabrikində şokolad və şokolad məhsullarının tam ishesalat prosesini maraqla müşahidə ediblər”, - deyə o söyləyib.
İnteraktiv formatda biznes-tur iştirakçılarına fabrikin fəaliyyəti və gələcək planları barədə məlumat verilib. Qeyri-rəsmi şəraitdə “Caspian European Club” üzvlərinin “Veysəloğlu” şirkətlər qrupunun prezidenti Aydın Talıbov, “Ulduz” şokolad fabrikinin direktoru Ələddin İsmayılov və “Veysəloğlu” şirkətlər qrupunun rəhbərliyinin digər nümayəndələri ilə görüşü təşkil olunub. “Veysəloğlu” şirkətlər qrupunun prezidenti Aydın Talıbov biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb və “Ulduz” şokolad fabrikində istehsal olunan məhsulların təkmilləşdirilməsi və tanıdılması ilə bağlı təklifləri nəzərdən keçirib. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər, ilkin razılaşmalar əldə olunub.
“Biznes-turlarımızın bütün iştirakçılarının istehsalat obyektlərinə başçəkmədən sonra yerli istehsalçıların məhsullarına qarşı fikirlərinin dəyişməsi, “Made in Azerbaijan” brendi altında çıxan məhsulları məmnuniyyətlə əldə etmələri, öz dostları və tanışları arasında təbliğ etmələri xüsusilə sevindiricidir. Bəlkə də bu, “Caspian European Club”un biznes-tur çərçivəsindəki fəaliyyətinin ən əsas və müsbət nəticəsidir”, - deyə Telman Əliyev söyləyib.
Telman Əliyev qeyd edib ki, “Caspian European Club” ölkənin və regionun iri dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə ənənəvi olaraq iş adamları üçün bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən bir çox yerlərə, o cümlədən erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, Naxçıvan Muxtar Respublikasına, Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və s. ona yaxın biznes-tur təşkil olunub.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət